Escape the Maze

Komandaların reallığa qayıtmaq üçün tapmacaları tapmağa çalışdığı, GPS-dən istifadə olunan, hərəkətli qaçış zolağı.

1 - 3 saat
Açıq havada
Rəqabətcil / Kollektiv
8 - Limitsiz

Haqqında

Komandalar planşet intefeysində əks olunan virtual dünyadan xilas olmaq üçün real dünyanın macəralı zolağında hərəkət edirlər. Zəruri cihaz və alətlərdən ibarət "Macəra dəsti"nə malik iştirakçılar bir sıra oyun sektorları və virtual nəzarət məntəqələrindən keçməlidirlər. Hər bir sektor komanda dinamikasını və iştirakçıların qaçış zamanı effektiv şəkildə ünsiyyət qurmaq qabiliyyətini sınaqdan keçirmək üçün hiylələrlə təchiz olunmuşdur. Komandalar GPS vasitəsilə real dünyada yerləşən ərazidə nəzarət məntəqələrinə doğru qaçdıqca çıxışa çatıb labirintdən xilas olmaq üçün növbəti tapmacaları və gizli nəzarət məntəqələrini tədricən üzə çıxarırlar. Komandaların verdiyi cavablar və etdiyi seçimlər fərasətli iştirakçılar üçün kəsə yollara, bəxti gətirməyən iştirakçılar üçün isə hiyləgər sapmalara malik gizli alternativ cığırlar açır! Komandaların qarşısına nə çıxacağına faktiki olaraq təsir göstərən resurs və kömək seçiminə uyğun olaraq hər bir qərarın öz nəticəsi olur.

Öyrənmə nəticələri

Virtual dünyadan sürətlə və həddən artıq interaktiv şəkildə yaşayacağınız macəra. Problemhəlletmə bacarıqları yalnız başlanğıc mərhələdə işə yarayır. Komanda birlikdə komanda işindən faydalanmalı, təzyiq altında qərarlar verməli, bir-birinə inanmalı, ldierlik bacarıqlarından və təcrübələrindən istifadə etməli olacaqlar. "Escape the Maze" hesabatlılıq, ünsiyyət və vaxtdan səmərəli istifadənin vacib olduğu rəqabətcil tapşırıq kimi yerinə yetirilə bilər. Kollektiv öyrənmə nəticələrini əldə etmək üçün komandalar sektorlara eyni anda yanaşaraq tətbiq vasitəsilə mesajlaşma funksiyasından istifadə etməklə uğur və uğursuzluqlardan öyrənilmiş təcrübələrini bölüşə bilərlər. Hər iki halda komandaların özlərini xilas etmək üçün sonda əməkdaşlıq etmələrinə ehtiyac olacaq.

Related Testimonial

21-ci əsrin nümayəndələrindən ibarət komandamız dərhal çoxcəhətli tapmacaları həll etməyə başladılar. Effektiv ünsiyyət bacarıqları, komanda dinamikası, innovativ düşünmə qabiliyyəti və problem həlletmə bacarıqlarını praktik şəkildə təkmilləşdirdilər.

Momo

Qiyməti öyrənin