Commercial Break

Komandalar reklam çarxı dizayn edir və hazırlayırlar

1.5 - 2.5 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil
7 - Limitsiz

Haqqında

"Commercial Break" fəaliyyətində komandalar ilkin məlumatlandırma mərhələsindən yekun nümayiş mərhələsinə qədər mükafat əldə etmək üçün reklam çarxı hazırlayarkən rəqəmsal reklam çarxlarının heyranedici dünyasına səyahət edirlər. Komandalar kampaniyanın məqsədi barədə qısa məlumat verilmiş reklam agentliklərini təmsil edirlər. Hər bir komanda istehsal prosesinə keçməzdən əvvəl strategiya, süjet xətti və ssenarini müəyyən edirlər.

Bəzi iştirakçılar çəkiliş, aktyorluq, qrimyorluq dərslərində iştirak edir və öz biliklərini komandaya ötürürlər. Komandalar rol bölgüsü aparırlar. Aktyorlar xüsusi kostyumlar geyinir və makyaj edirlər. Video-avadanlıqlar, aksesuarlar və xlopuşka ilə təchiz olunmuş iştirakçılar öz reklam çarxlarını çəkirlər. Reklam çarxları qrupa nümayiş etdirilir və tədbir reklam çarxının qiymətləndirildiyi və qeyd olunduğu mükafatlandırma mərasimi ilə sonlanır.

Öyrənmə nəticələri

"Commercial Break" əsas məsələləri qrupla birlikdə kəşf etməyin əyləncəli və qeyri-formal yoludur. Reklam çarxları ilə bağlı qısa təqdimatların köməyi ilə şirkətin məhsul və ya xidmətlərini kəşf etmək, rəqiblərli qıcıqlandırmaq və komanda işi, dəyərlər və ya müştəri xidmətləri ilə bağlı effektiv mesajları çatdırmaq mümkündür.

Komandalar əsas mesajları, mənalı və effektiv süjet xəttini çatdırmaq üçün kreativlik, effektiv ünsiyyət və strateji planlaşdırmadan istifadə edirlər. Layihəni effektiv şəkildə və vaxtında tamamlamaq üçün kKomanda dinamikası və layihənin idarə olunması bacarıqları tələb olunur.

Related Testimonial

The Commercial Break" fəaliyyəti tamamilə heyrətamiz idi! Hər kəs yekun nəticə və mükafatlandırma prosesinin peşəkarlıq səviyyəsindən məmnun qaldı.

Nestlé

Qiyməti öyrənin