Bot Creation

Müvafiq məqsədə xidmət edəcək robot dizayn edin, ona innovativ dəyişikliklər edin və robotu düzəldin.

2 - 3 saat
Qapalı məkanda və açıq havada
Rəqabətcil / Kollektiv
6 - Limitsiz

Haqqında

"Bot Creation" komandaların mövcud çoxsaylı komponentlərdən istifadə edərək verilmiş tapşırığı yerinə yetirmək məqsədilə robot dizayn edib düzəldirkləri innovativ timbildinq fəaliyyətidir. Komandalara hazırladıqları robotların yerinə yetirməsi üçün həm rəqabət, həm də əməkdaşlıq tələb edənbir sıra tapşırıqlar verirlir. Komandalar tələb olunan bacarıqlara malik olan robot dizayn edirlər. Onlar müvafiq mühərriklər, MDF şassisi, şassi örtükləri, robotun elektrik və elektron hissələri ilə bağlı qərar qəbul edirlər. Robotu düzəltdikdən sonra komanda onun tələb olunan tapşırığı müvəffəqiyyətlə yerinə yetirə bilib-blməyəcəyini qiymətləndirmək üçün onu sınaqdan keçirirlər. Komandalar digər komandaların yaratdıqları robotları müşahidə etmək və robotların nə dərəcədə müvəffəqiyyətli olduğunun şahidi olmaq üçün bir araya gəlirlər.

Öyrənmə nəticələri

"Bot Creation" oyununda hər bir komanda robotla bağlı ideyaları irəli sürməyə başladıqca müzakirə, planlaşdırma və qərar qəbuletmə bacarıqları inkişaf edir. Komandalar öz robotlarını təyin olunan tapşırığa uyğunlaşdırdıqca kreativ düşüncə və resursların idarə olunması köməyə çatır. Robotun düzəldilməsi və sınaqdan keçirilməsi yolu ilə komandalar robotun əsas xüsusiyyətlərini gücləndirmək üçün dizayner kimi düşünməyə çalışırlar. Yekunda hazır formada olan robot müvəffəqiyyətli innovasiya, kreativlik və, hər şeydən vacibi, effektiv komanda dinamikasını təcəssüm etdirir.

Related Testimonial

Bot Creation" bugünün robot texnologiyasında qrup dinamikası və ünsiyyətlə bağlıdır. Biz hər bir mərhələ üçün iştirakçıların istedadlarını müəyyən etməli olduq. Mən bundan tamamilə zövq aldım.

Fernando Santos
"Wheaton" şirkəti

Qiyməti öyrənin