Fərdlər və komanda üçün əsas bacarıqlar

"Catalyst Azərbaycanda" biz bilirik ki, hər hansı qurumda əməkdaşları inkişaf etmək və komanda işi mədəniyyətini formalaşdırmaq üçün praktik idarəetmə, liderlik və fərdi bacarıqlar tələb olunur. Bacarıqların inkişaf etdirilməsi davamlı prosesdir. Burada əməkdaşların xoşbəxt və uğurlu karyeraya sahib olması, o cümlədən komandaların birlikdə effektiv şəkildə və harmoniya içərisində işləməsi üçün tələb olunan bəzi əsas bacarıqlar verilmişdir. Müxtəlif timbildinq proqramları müxtəlif praktik bacarıqlara əsaslanır. Komandanızın yiyələnməsini istədiyiniz bacarıqların müəyyən edilməsi düzgün proqramın seçilməsi və bu proqramın tam uğurlu olması üçün vacibdir. Komandanıza ən çox uyğun olan əsas səriştəni seçin, həmin bacarıqla bağlı praktik məlumatları və komandanızın bu bacarığı mənimsəməsinə yardım edəcək, bizim seçdiyimiz timbildinq fəaliyyətlərinə nəzər salın.