Fərdlər və komanda üçün əsas bacarıqlar

Hər hansı qurum daxilində ayrı-ayrı şəxslərin inkişafı və komanda işi mədəniyyətinin yaradılması üçün praktik idarəetmə, liderlik və şəxsi bacarıqlar tələb olunur. Bacarıqların təkmilləşdirilməsi davamlı prosesdir. Burada ayrı-ayrı şəxslərin xoşbəxt və uğurlu karyeraya sahib olması, o cümlədən komandaların birlikdə effektiv şəkildə və harmoniya içərisində işləməsi üçün tələb olunan bəzi əsas bacarıqlar verilmişdir. Müxtəlif timbildinq proqramları müxtəlif praktik bacarıqlara əsaslanır. Komandanızın yiyələnməsini istədiyiniz bacarıqların müəyyən edilməsi düzgün proqramın seçilməsi və bu proqramın tam uğurlu olması üçün vacibdir.