Texnologiyaya əsaslanan fəaliyyətlər

Texnologiyadan istifadə edilməsi iştirakçıların tam cəlb olunması, ruhlandırılması və öyrəndiklərini praktikada daha yaxşı tətbiq etməsinə kömək edə bilər.

Texnologiya timbildinq fəaliyyətlərinə iştirakçıları cəlb etməkdən daha çox onlara imkanlar yaradır. Texnologiyaya əsaslanan timbildinq fəaliyyətləri texnologiyanın verdiyi rahatlığın köməyi ilə əməkdaşlıq, effektiv ünsiyyət, kreativ düşüncə və problemlərin həll edilməsi kimi ənənəvi timbildinq proqramlarının eyni nəticələrini təşviq edir. Dəfinə axtarışlarında xəritə əvəzinə GPS-dən, viktorinalar zamanı kağız əvəzinə planşetdən istifadə edilir və ən əsası isə xalların real zaman çərçivəsində hesablanmasına şərait yaranır (gözləmək tələb olunmur). Onlar interaktiv xəritə tərtibatı, təsvirlərin tanınması texnologiyası, təsvir və videoların yüklənməsi, komandalar arasında söhbət və digər yeni və heyrətamiz funksiyaların əlavə edilməsinə imkan yaradıblar.

"Catalyst" şirkətində biz müxtəlif mükafatlara layiq görülmüş, texnologiyaya əsaslanan bir neçə timbildinq fəaliyyətinə sahibik. "Go Team" öz nəticə və tələblərinizə uyğunlaşdıra biləcəyiniz qapalı və açıq hava timbildinq fəaliyyətlərini seçmək üçün platformadır. Unikal dizayna malik dəfinə axtarışları, "scavenger hunts" oyunu, qaçış oyunları, sosial məsuliyyət proqramları, öyrənmə və inkişaf tətbiqləri və s. kimi hər situasiyaya uyğun seçimlər mövcuddur. "Quickfire" mükafat qazanmaq üçün iştirakçıların riskə getdiyi müxtəlif timbildinq fəaliyyətlərini əhatə edən texnoloji platformadır. Müxtəlif mövzulara, fərqli çətinlik səviyyələrinə malik olan və tələblərinizə uyğunlaşdırıla bilən çoxsaylı zehni, fiziki və kreativ tapşırıqlar hər bir situasiyaya uyğundur. Bizim konfranslar üçün viktorina tətbiqimiz olan "Push It!" cəlbedici, zərif və əyləncəlidir. Hər iki komanda üçün nəzərdə tutulmuş planşetlər, böyük səhnədə yerinə yetirilən fiziki tapşırıqlar və real zamanda hesablanan xallar "Push It!" oyununun dünya üzrə konfrans və iclas təşkilatçıları tərəfindən tez-tez seçilməsinə şərait yaradır

Kreativ nə isə axtarırsınız? Niyə də komandanız bir günlük film çəkilişində iştirak etməsinlər? "Travel Show", "Blockbusters", "15 Famous Minutes", "Pop Promo" və ya "Commercial Break" fəaliyyətlərini yoxlayın yaxud "Catalyst" şirkətinin texnologiyaya əsaslanan, interaktivlik və real zamanlı xal hesablanması ilə əsl əyləncəyə şərait yaradan "Shake It!" və ya "Boom Time Live!" musiqili tədbirləri ilə iştirakçıları canlandırın.

Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?

Bizimlə əlaqə saxlayın