Ofisdən kənarda çalışan komandalar üçün fəaliyyətlər

Evdən işləyən zaman komandanızı ruhlandırmaq, canlandırmaq, birləşdirmək və əyləndirmək üçün timbildinqlə bağlı həll yollarımıza nəzər salın.

Remote Team Activities

Qloballaşma dünya səviyyəsində ofisdən kənarda işləyən insanların sayına artıma səbəb olmuşdur. Hətta Covid19 virusu yayılmamışdan qabaq təxmin edilirdi ki, 2023-cü ilə qədər dünya səviyyəsində ofisdən kənarda çalışan insanların sayı 43%-ə qədər artacaqdır. komandanın effektivliyi ilə bağlı prinsiplər eynidir və ofisdən kənarda və ya ofisdə çalışmağınızın fərqi yoxdur. Effektiv ünsiyyət, motivasiya, ümumi mənədiyyət və əlaqələr baxımından isə ofisdən kənarda çalışma mədəniyyəti yeni tapşırıqların yaranmasına səbəb olmuşdur. Effektiv komanda oyun qaydalarını və ünsiyyət kanallarını müəyyən edərək hətta evdən işlədikdə belə komanda dinamikasını gücləndirməyə imkan verən bacarıqlı lider tərəfindən yönləndirilir.

Əylənin! İştirak edin, əməkdaşlıq edin və birləşin

Effektiv ünsiyyət prosedurlarının müəyyən edilməsi və düzgün ünsiyyət alətlərinin seçilməsi vacibdir. İşlə bağlı məsələlər barədə danışmaq üçün əlaqə yaratmaqla yanaşı, ofisdən kənarda çalışan komandalar ümumi mədəniyyət formalaşdırmaq və əlaqələr qurmaq üçün birlikdə əylənməyin yollarını tapmalıdırlar. Biz ofisdən kənarda çalışan insanları bir araya gətirən bir sıra timbildinq fəaliyyətləri yaratmışıq. Komandamız bu həll yollarını sizə canlı video-yayım vasitəsilə ötürür. Mükafata layiq görülmüş texnoloji alətimiz olan "Go Team" "Go Remote" vasitəsilə yeni formata sahib olur. Arzu etdiyiniz nəticələrə uyğunlaşdırıla bilən viktorinalar, şəkil və videolarla dolu tapşırıqlar, o cümlədən hər zaman heyrətamiz olun oyun ssenarisi komandanızın bütün üzvlərini cəlb edəcək, onlarda komanda ruhu və birlik duyğusu yaradacaqdır. Məşhur "Escape the Mob" oyununun virtual komandalar üçün versiyasının olduğunu bildirdinizmi? Sözün əsl mənasında möhtəşəm təcrübə yaşamaq üçün "Go Explore" vasitəsilə komandanızla birlikdə incəsənət qalereyası və ya muzeyə tur təşkil edin. Yaxud komandanızla birlikdə "Race Around the World" vasitəsilə virtual dünya turuna çıxın. İştirakçılar virtual olaraq müxtəlif ölkələrə səyahət edəcək və seçdikləri təyinat məntəqəsi ilə bağlı əyləncəli tapşırıqları yerinə yetirəcəklər. Çətin viktorinalar və tapmacalar hər kəsi əyləncəyə dəvtə edəcək və onların kollektiv biliklərini genişləndirəcəkdir.

Komandanı ruhlandırmaq və canlandırmaq üçün kreativlikdən istifadə edin

Komandanızın gündəlik həyat tərzindən kənara çıxaraq xəyali dünyaya səyahət etməsini təmin etməklə iştirakçıların kreativliyini artırın. Fəaliyyətin əyləncəli və maraqlı olması üçün moderatorlarımız canlı video-yayım vasitəsilə komandanıza istiqamət verərək birlikdə film çəkməyə, qəzet dərc etməyə və ya məşhur videoklipi dublyaj etməyə kömək edəcəklər. Biz geniş təcrübəmizdən istifadə edərək virtual timbildinq formatından kreativ timbildinq fəaliyyətləri təşkil edirik. Moderatorlarımız onlayn şəkildə proses boyunca sizə istiqamət verəcək və əyləncəli məqamları sizinlə bölüşəcəklər!

Rifah səviyyəsini artırmaq, yeni şeylər öyrənmək və əlaqə qurmaq üçün musiqidən istifadə edin

Musiqili tədbirlər emosional, düşündürücü və mükafat dolu tədbirlərdir. Musiqili prosesə daxil olmaqla insanlar öz düşüncələrini fərqli rejimə keçirir, yeni bacarıqları mənimsədikcə sinirlər arasında yeni əlaqələr yaranır. Biz, xüsusilə, ofisdən kənarda çalışan komandalar üçün bir sıra musiqili timbildinq fəaliyyətləri hazırlamışıq. Komandanızın canlı video-yayım vasitəsilə qoşulmuş ekspert moderatorumuzun köməyi ilə birlikdə Haka rəqsini nümayiş etdirdiyini təsəvvür edin. Bu, möhtəşəm olardı! Evinizdə rahat şəkildə əyləşərək xor mahnıları oxuyun. Heyrətamizdir! Ritmik səslərin beyin dalğalarını sinxronlaşdıraraq ünsiyyət əlaqələrini gücləndirdiyini bilirdinizmi? Ofisdən kənarda çalışan komandalar üçün yeni "Funk the Kitchen" fəaliyyətini sınayın. Bu fəaliyyət sinxronlaşmaya kömək edir!

Müsbət rifah üçün sağlamlığı qorumaq

Sağlam işçilər daha xoşbəxt və daha məhsuldar olurlar. Ofisdən kənarda çalışan insanların ümumi şikayətlərindən biri budur ki, onlar daha çox saat işləyir, fasilə vermir, ev və iş arasındakı tarazlığı tam şəkildə təmin edə bilmirlə. Ofisdən kənarda çalışan komandalar üçün rifah proqramlarımıza istənilən vaxt, istənilən yerdə və istənilən cihazda istifadə edilə bilən təlimçi müşayiəti ilə meditasiya daxildir. Komandanıza meditasiyanın aşıladığı bacarıqlar və təcrübə sayəsində həyatın eniş və çıxışlarının öhdəsindən daha rahat gəlmək üçün zəruri alətləri təqdim edin. Canlı fəaliyyətlə məşğul olmaq istəyirsinizsə, "Go Fit"i sınayın! Enerjini artıran və müxtəlif fitnes hərəkətlərini, rifahı artıran viktorinaları, məzəli video-tapşırıqları özündə birləşdirən bu oyundan istənilən bacarıqlara sahib insanlar faydalana bilərlər.

Birlikdə virtual şəkildə öyrənin

Virtual kollektiv öyrənmə prosesi seçdiyimiz biznes oyunları sayəsində növbəti mərhələyə qədəm qoyur. İnqilaba səbəb olan komanda oyunumuz "Peak Performance" komandanı Everest dağına ekspedisiya təşkil etməyə təşviq edir. Bu oyunda ofisdən kənarda çalışan insanlar da iştirak edə bilərlər. Bu proqram vasitəsilə komandanız çevik və məhsuldar komandanız necə olduğunu daha yaxşı başa düşəcək! Ofisdən kənarda çalışan işçilərinizlə strateji planlaşdırma və komanda işini gücləndirmək üçün "Heroes of Troy" oyununun virtual versiyasını sınaqdan keçirin. Bundan başqa, təkrarlanan öyrənmə təcrübəsini yaşamaq istəyirsinizsə, inqilabi timbildinq fəaliyyəti olan "The Infinite Loop" barədə məlumat almaq üçün bizə müraciət edə bilərsiniz.

Biz həmçinin komandanızı ruhlandırmaq və canlandırmaq məqsədilə gündəlik onlayn görüşlər zamanı istifadə etmək üçün bir sıra tanışlıq sessiyaları və enerjini artıran məşğələlər təklif edirik. Bizimlə əlaqə saxlayın. İdeyalarımızı sizinlə bölüşməkdən məmnuniyyət duyuruq.

Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?

Bizimlə əlaqə saxlayın