İanələr

Kollektiv şəkildə verilən ianələr həm ianəni alan, həm də verən şəxslərə emosiaonal və fiziki cəhətdən fayda verir.

social responsibility giving back

Qrup şəklində verilən ianələr tək başına verilən ianələrdən daha çox təsirə malikdir. İanələri qəbul edən qeyri-kommersiya, icma və ya sosial təşkilatlarla uzunmüddətli əlaqələr yaratmaq mümkündür. İanə vermək ianəni qəbul edən şəxs qədər onu verən şəxsə də təsir göstərir. Tədqiqatlar göstərir ki, insanlar xeyriyyəçilik və könüllülük tədbirlərindən həm emosional, həm də fiziki cəhətdən faydalanırlar. Sosial əlaqələrin yaradılması alicənab davranışın ianəni verən şəxs üçün müsbət duyğulara çevrilməsinə kömək edə bilər. Qrup şəklində verilən ianələr tək başına verilən ianələrlə müqayisədə onu verən şəxsə daha böyük xoşbəxtlik və ya daha gözəl duyğular yaşadır. Əməkdaşların xoşbəxtliyinin artması birbaşa olaraq fəallıq və effektiv işlə əlaqəlidir. Bu cür proqramlarda iştirak edən əksər insanlar bu cür güclü və müsbət təsirlərin nəticəsi olaraq xeyriyyəçilik tədbirlərinə qoşulur və ya ianə vermək vərdişini formalaşdırırlar.

Əməkdaşlar mütəşəkkil xeyriyyəçilik proqramında iştirak etdikdə, adətən, qrup şəklində öyrənmə və fəallıq prosesi baş tutur. Tədqiqatlar göstərir ki, yaxşı struktura malik xeyriyyəçilik və könüllülük proqramları təlim və inkişaf məqsədilə xərclənən vəsaitləri azaldaraq sahibkarlıq subyektlərinə fayda verə bilər.

"Catalyst" şirkəti effektiv timbildinq nəticələrinə, o cümlədən kollektiv şəkildə verilən ianələrin əlavə etdiyi nəticələrə malik bir neçə fəaliyyətə sahibdir. Bizim "B1G1" sosial xeyriyyəçilik şəbəkəsi ilə əlaqələrimiz töhfə verməniz üçün sizə bir sıra layihə seçimləri təqdim etmək imkanı verir. Alternativ olaraq, yerli xeyriyyəçilik və ya icma təşkilatının seçilməsi və əməkdaşların töhfə veriləcək istiqamətin seçilməsi prosesinə cəlb olunması onların özlərini layihəyə daha həvəslə həsr etməsinə səbəb olur.

Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?

Bizimlə əlaqə saxlayın