Fəallıq

Görülən işlərdə məna tapmaq, qarşına məqsəd qoymaq və özünü komandanın bir parçası kimi hiss etmək yolu ilə ümumi məqsəd və ya hədəflər uğrunda mübarizəyə başlamaq.

employee engagement

Əməkdaşların fəallığını təmin etmək onların missiya, ümumi məqsəd uğrunda mübarizə aparmaq və təşkilatın dəyərlərini öz dəyərləri kimi qəbul etmək məqsədilə öz əngəllərini aşmağa hazır olmalarını təmin etmək üçün həmin əməkdaşların ürəklərinə və düşüncələrinə yol tapmağı nəzərdə tutur. Əməkdaşların görülən işlərdə məna tapması, qarşısına məqsəd qoyması və özünü komandanın bir parçası kimi hiss etməsi onların fəallığını təmin etmək üçün şərtdir. Bundan başqa, fəallığın artırılması birbaşa müəssisənin məhsuldarlığına təsir göstərir.

Heyət o zaman tam fəal olur ki, onlara öz üzərilərinə götürdüklərinə və başa düşdükləri məsuliyyətlər verilir, onlar komandanın ümumi fəaliyyətində hansı rola malik olduqlarını bilirlər, mikro idarəetməyə ehtiyac olmadan onlara inam bəslənilir və onlar özlərini məsuliyyətli, şəxsən və intellektual cəhətdən gərgin hiss edirlər, komandada hansı rola malik olduqlarını, hansı hallarda kömək istəyə biləcəklərini və öz uğurlarını qeyd edə biləcəklərini bilirlər, onların gördüyü işlər tez-tez qiymətləndirilir, nəticədə, onlar öz şəxsi bacarıqlarını inkişaf etdirməyə davam edirlər. Nəticə etibarilə, fəallığın bu səviyyəsi müəssisənin öz resurslarından tam şəkildə istifadə etməsinə şərait yaradır ki, bu da biznesin inkişaf etməsi ilə nəticələnir.

Timbildinq fəaliyyətləri əməkdaşların fəallığının artırılmasına hərtərəfli rola malikdir. Əyləncəli timbildinq fəaliyyətləriofisdən kənar günlər komandanın mükafatlandırılması üçün mükəmməl vasitədir. Komanda əlaqələrini ünsiyyəti artıran məşğələlər digərlərinə bəslənilən rəğbəti və komandaya aidlik hissini gücləndirməklə əməkdaşların fəallığını artırır.

Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?

Bizimlə əlaqə saxlayın

Daha çox müştəri hekayələri