Biznes oyunları

Əyləncəli praktik oyunun köməyi ilə komandada öyrənmə, kreativ düşünmə proseslərini sürətləndirin və biliyin uzun müddət yadda qalmasını təmin edir.

business games

Praktik öyrənmə proqramları və biznes oyunları real həyatın interaktiv, əyləncəli və kreativ simulyasiyalarıdır. Metafordan istifadə etməklə praktik timbildinq iş mühitindən təhlükəsizlik məsafəsi yaradır. Onlar interaktiv olmaqla iştirakçılardan əvvəlkə təcrübələrindən, həmçinin, kreativ düşünmə qabiliyyətindən istifadə etmələrini tələb edən praktik tapşırıqlar təqdim etməklə uzunmüddətli nəticələr üçün sinirlər arasındakı əlaqələri gücləndirir. Biznes oyunları məşq, problemlərin həll edilməsiqərarların qəbul edilməsi prosesləri vasitəsilə xüsusi təlim nəticələrinə diqqət ayırmaq üçün nəzərdə tutulmuşdur. Bu addımlar öyrənmə prosesini sürətləndirir və biliklərin daha uzun müddət yadda qalmasına şərait yaradır.

İştirakçılar hər bir şəxsin rolunun vacib olduğu komanda şəklində işləməyə ruhlanırlar. Bu, komanda işini təşviq edir, komanda üzvlərinin fəallığımotivasiyasını artırır. Bununla, təlim nəticələrinin həqiqi olması və komanda üzvləri arasında bölünməsi təmin edilir. Bu cür rahat öyrənmə mühitində fərdlər və komandalar eksperimentdə iştirak edə və risk götürə bilirlər. Səhvlərin olması qaçınılmazdır, ancaq onlar öyrənmə prosesinin dəyərli hissəsidir.

Nəticələrin gözdən keçirilməsi və fikirlərin ifadə olunmasını təşviq edən məruzə sessiyası praktik öyrənmə prosesi üçün şərtdir. Tədqiqat göstərir ki, praktik təcrübələri mücərrəd konsepsiyalarla birləşdirməklə və daha sonra nəticələri təhlil etməklə iştirakçılar beynin daha çox nahiyəsindən istifadə edir, öyrənmə prosesi ilə həqiqi və şəxsi əlaqələr yaradırlar. Onlar komandalarının nəticələrini və ayrı-ayrı hərəkətlərin nəticəyə necə təsir etməsini təhlil edir, öz hərəkətlərini başqalarının hərəkətləri ilə müqayisə edirlər. Bu təhlil onların öyrənilmiş konsepsiyaların digər fərqli şəraitlərə tətbiq olunması qaydasını daha yaxşı başa düşməsinə kömək edir.

Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?

Bizimlə əlaqə saxlayın