robot team building with EY

Əyləncəli futbol mövzusunda robot təkamülü

tarixində dərc olunmuşdur 29 noy 2018

"Ernst & Young" şirkətinin Asiya və Sakit okean regionu üzrə mərkəzi tamamilə yeni və həyəcan yaradan timbildinq təcrübəsi axtarırdı. Fəaliyyət onların 50 nümayəndədən ibarət əsas heyət üçün Banqkok şəhərində yerləşən "W Hotel" otelində keçiriləcək iki günlük iclasları çərçivəsində həyata keçiriləcəkdir. Tədbirin mövzusu “Gələcəyin qurucusu olmaq üçün nə etməli” idi. Texnologiyaya əsaslanan "Robot Revolution" timbildinq fəaliyyətində komandalar robotları quraşdıraraq yarış keçirir və yekun komanda yarışında rəqabət aparırlar.

Əsas hədəflər

  • İnam yaratmaq
  • Əlaqələri gücləndirmək
  • Ünsiyyət prosesini təkmilləşdirmək
  • Gələcəyi düşünmək


robot team building with EY


Həmin gün baş verənlər

İki gün davam edən iclaslardan sonra "EY" şirkətinin nümayəndələri nahar edərək Banqkok şəhərində yerləşən "W Hotel" otelinin iclas otağına qayıtdılar. Burada onlar öz masaları üzərinə qoyulmuş, robot düzəltmə stansiyaları və kreativ konstruksiya materiallarını gördülər. Robotların dünyası və onların “Gələcəyin qurucuları” kimi rolları barədə qısa təqdimat fəaliyyət üçün zəmin yaratdı. Daha sonra, komandalar robot düzəldərək sınaq kursu hazırlamağa başladılar. İki-üç komanda üzvü təqdim olunmuş iPad cihazında verilən qrafik təlimatları addımbaaddım izləyərək hər bir robotu quraşdırdılar. Robotu düzəltdikdən sonra onlar onu proqramlaşdırmaq və idarə etmək üçün iPad cihazından istifadə etdilər.

Bir-bir komandalara yekun yarış zolağını görmək üçün arenaya çıxış icazəsi verildir. Onlar zolağı yadda saxlayaraq eynisini hazırlamalı idilər. Bu proses zamanı onlar yarış zolağında sınaq yürüşü keçirdilər. Effektiv planlaşdırma, tam aydın ünsiyyət və incəliklərə diqqətli yanaşmaq vacib idi.

Son olaraq, komandalar öz robotları EY rənglərinə malik sadə dekorlarla bəzədilər. Hər bir robot komandasını futbol forması kimi bəzədilər. Daha sonra, onlar robot futbolu oynamaq üçün arenaya toplaşdılar. İki komanda EY Futbol Kubokunda qarşılaşdı.

robot team building with EY

Nəticə

"Robot Revolution" böyük uğur idi. Gələcəyi düşünmək hədəfina malik bu fəaliyyətdə, üstəlik rahat mühitdə iştirakçılar öz ünsiyyət bacarıqlarının təkmilləşdirməyə ruhlandılar. Bu cür əyləncəli ortaq təcrübə qrupun əlaqələrinin güclənməsinə və inam yaranmasına şərait yaratdı.

Bütün müştəri hekayələri