flat out afloat

"Shangri-La Hotel" otelinin üzvləri komanda işinə diqqət ayırırlar

tarixində dərc olunmuşdur 3 dek 2017

İki günlük proqram çərçivəsində Sinqapurda yerləşən "Shangri-La Hotel" otelinin Rəhbər Komitəsinin üzvləri "Team Building Asia" şirkəti tərəfindən təşkil olunan "Flat Out Afloat" fəaliyyətində iştirak etdilər. Təqdimat dəlicəsinə səslənirdi – komandalar təqdim edilmiş planlardan istifadə edərək yarış zamanı üzən və iki nəfəri daşıya bilən qayıq düzəltmək üçün bir sıra karton hissələrini işarələməli, etiketləməli və kəsməli idilər!

Vəzifə və öhdəlikləri bölmək üçün effektiv komanda işi tələb olunurdu. Qayığın düzəldilməsi prosesi qayığın gövdəsi, o cümlədən ön və arxa hissələrinin düzəldilməsini əhatə edirdi. Müxtəlif karton hissələrdən istifadə edərək onları bir araya gətirib gəminin gücünü təmin etmək və dayaq yaratmaq üçün iki ədəd üçbucaq formalı tir düzəldildi.

Qayığı düzəltdikdən sonra komandalar su keçirməməsi üçün onu plastik brezentlə örtməli idilər. Suda üzən zaman hər hansı müqavimətə tab gətirmək üçün kifayət qədər möhkəm olmasından əmin olmaq məqsədilə gövdədə yerləşən, qayığın ön və arxa hissələri üçün dayağa xüsusi diqqət yetirilməlidi idi.

Daha sonra, qayıq "Shangri-La" otelinin emblemləri, şüarları ilə, o cümlədən komandaların ilhamı və kreativliyinə uyğun olaraq bəzədildi. Komandalar ünsiyyət, motivasiya və innovasiya barədə qısa söhbətdən sonra yarış mərhələsinə keçdilər! Komanda işi, ünsiyyət, motivasiya, kreativlik və innovasiya.

Bütün komandaların ən az iki dəfə yarışmaq imkanı əldə etdiyindən əmin olmaq üçün bir neçə gərgin yarış təşkil olundu. Bütün iştirakçılar arasında komanda ruhu və səmimiyyət hökm sürürdü. Onlar həqiqətən dəyərli təcrübə yaşadılar. Qalib komadaya mükafat verildi.

“Tədbir heyrətamiz idi və komandamız inanılmaz komanda işi ərsəyə gətirmək üçün "Flat Out Afloat" fəaliyyətində səmərəli şəkildə əməkdaşlıq etdilər!”

Sinqapurun "Shangri-La Hotel" otelinin vitse prezidenti Maykl Kotan

Bütün müştəri hekayələri