Qısa təsvir
İsrailin maliyyə məhsulları və xidmətləri bazarında aparıcı şirkət olan "Bank Yahav" "Royal Beach Eilat" otelində keçirəcəyi illik konfransı üçün kreativ timbildinq fəaliyyəti axtarırdı.
Əsas hədəflər
- Əyləncə və öhdəlikr
- Yüksək təsir
- Əməkdaşlıq, kreativ və innovativ düşüncə
- Effektiv ünsiyyət bacarıqlarının gücləndirilməsi
- Komanda dinamikası
Komandaların şirkətin mesajlarını və ya konfrans mövzularını dinamik və diqqət cəlb edən film treylerinə çevirdiyi eksperimental timbildinq fəaliyyəti olan "Blockbusters" seçildi.
Həmin gün nələr baş verdi?
İştirakçılar aksesuarlar və rəngli səhnə geyimləri dolu Holivud səhnəsi kimi bəzədilmiş konfrans otağına daxil oldular. Komandalara bildirildi ki, onlardan aydın süjet xətti, arxa fonda müvafiq musiqi və Eylat şəhərinin mənzərəsi olan film treyleri hazırlamaq tələb olunur.
Fəaliyyət başladı və hər bir komanda film treylerini planlaşdırmaq və hekayəni yazmaq üçün vaxt sərf etdi. Onlar vəzifə və öhdəlikləri öz aralarında böldülər. Daha sonra, iştirakçılar seçilmiş mövzuya uyğun olaraq geyindilər. Növbəti saat yarım ərzində komandalar film treylerinin hazırlanması, o cümlədən rejissorluq, fotoqraflıq, aktyorluq, redaktə və ssenarinin yazılması ilə məşğul oldular. Son məqamlarda komandalar tələsik şəkildə film treylerini redaktə edib münsiflər heyətinə təqdim etdilər.
Qısa fasilədən sonra iştirakçılar "Oskar" mükafatının təqdim olunması mərasimi üçün otağa qayıtdılar. İştirakçılar hər bir komanda tərəfindən hazırlanmış treyleri böyük həyəcan və qürur hissi ilə izlədilər, öz komanda işlərinin uğurunun şahidi oldular. Treylerlər nümayiş edildikdən sonra iştirakçılar ən yaxşı film treylerini seçmək üçün səs verdilər və qalib elan olundu.
Nəticə
"Blockbusters" fəaliyyəti böyük uğur idi. İştirakçılar əyləncəli və yaddaqalan fəaliyyətdə bir-biri ilə əlaqə yaradaraq ofisdən kənarda necə bir insan olduqlarını öyrəndilər. İştirakçılar məhdud müddət ərzində birlikdə çalışmağı və bir-biri ilə ünsiyyət qurmağı nə qədər tez öyrəndiklərini sınaqdan keçidilər. Film treyleri hazırlamaq üçün kreativ və innovativ düşüncə tələb olunur, komanda dinamikası təzyiq altına düşür. Bütün iştirakçılar əvvəldən sona qədər fəal şəkildə iştirak etdilər. Onların hər biri bu fəaliyyətin ömür boyu xatırlaycaqları böyük təcrübə olduğunu dedi.