"Bot Creations" Braziliyada oyun günü

Tarixində Alain Segers tərəfindən dərc olunmuşdur 23 sen 2018

"Bot Creations" Braziliyada üçüncü oyun günündə nümayiş etdirildi. Oyun günü "Catalyst" şirkətinin Braziliyadakı nümayəndəsi kimi çıxış edən və "Integração Group"un üzvü olan "Conquistar" şirkəti tərəfindən təşkil olunan sərbəst oyun nümayişi tədbiridir. May ayında oyun günündə biri yeni "Bot Creations" oyunu olmaqla üç yeni oyun nümayiş etdirildi.

Bot Creations at Game Day

"Bot Creation" komandaların robot dizayn etdikləri və düzəltdikləri timbildinq oyunudur. Uğurlu olmaq üçün robot konkret xüsusiyyətlərə malik olmalı və yekun mərhələdə digər komandaların robotları ilə mübarizədə müəyyən məqsədlərə nail olmalıdır.

Dizayner yanaşmasına əsaslanan "Bot Creation" oyunu komandalara məqsədyönlü dizayn qaydalarını öyrədir. Robotun mövcud tapşırıqları yerinə yetirməsi üçün hansı hissələrdən istifadə etməliyik? Bundan başqa, komandalar məhdud resurslara qənaət edərək tapşırığa innovativ yanaşma tətbiq etməlidir. Effektiv robot düzəltmək məqsədilə robotu sınaqdan keçirmək və ona düzəlişlər etmək lazım gəldiyinə görə komanda şəklində prosesin təkmilləşdirilməsi bacarıqları inkişaf edir.

Game Day Brazil

"Bot Creators" oyununu arzu olunan öyrənmə nəticələrinə uyğunlaşdırmaq mümkündür. Oyun bütün robotların icra etməli olduğu kollektiv tapşırıqlar və rəqabət tələb edən tapşırıqlardan ibarətdir. Misal üçün, rinqdə qalib gəlmək üçün Sumo tərzindən istifadə edilə bilər. Böyük və ləng əcdadlarından fərqli olaraq nisbətən kiçik, ancaq daha çevik olan müasir Sumo güləşçilərində olduğu kimi qalib kiçik olsa da, çevik olan robot ola bilər.

Bot Creations at Game Day

Oyun günündə "Bot Creators" oyunu çərçivəsində yekun tapşırıq maneəli yarış zolağında yarışmaq idi. Bu yarışda da qalib gəlmək üçün yalnız böyük ölçülü mühərrikin təmin etdiyi yüksək sürət tələb olunmurdu. Maneələrin öhdəsindən gəlmək üçün tələb olunan çeviklik və yüngüllüyün vacib dizayn xüsusiyyəti olduğu sübut edildi.

Oyun günündə iştirakçılar "Bot Creations" oyununu müasir dövrün məhsulu adlandırdılar. O, müasir komandalara xas olan effektiv ünsiyyət, komanda dinamikası və innovativ düşüncə tələb edən zəlbedici və maraqlı timbildinq fəaliyyətidir.

Bütün müştəri hekayələri