Yeni il şənliyini müvəffəqiyyətlə təşkil edin

Tarixində Esther Daniel tərəfindən dərc olunmuşdur 18 noy 2019

Milad şənlikləri bütün əməkdaşlar üçün möhtəşəm əyləncə və bayramdır. Bununla belə, onlar İnsan Resursları üzrə mütəxəssislər tərəfindən nəzərə alınmalı bir neçə məqamı ortaya çıxara bilər. Biznes sahiblərinin 78%-dən çoxu təsdiq edir ki, Milad şənlikləri zamanı bir sıra problemlər üzə çıxır. Problemlərin qarşısını almaq üçün diqqətli addımların atılması şərtdir. Əməkdaşların müxtəlifliyi barədə diqqətli olmaq və insanların iştirak etməyə həvəsli olması ilə şənlikdə iştirak icbari olmadığını bilməsi arasında tarazlıq qurmaq çətin olsa da, buna vaxt sərf etməyə dəyər. Yadda saxlayın ki, heç də hər kəs şənlikləri sevmir və ya Miladı qeyd etmir!

Davranış qaydaları və geyim tərzinin aydınlaşdırılması

Müvafiq davranış qaydaları və geyim tərzi ilə bağlı aydın təlimatların verilməsi vacibdir. Bir daha qeyd edirik ki, hər kəs üçün əyləncəli və müvafiq, təhlükəsiz, hərtərəfli mühitin yaradılması arasında tarazlıq qurmaq lazımdır. Əgər spirtli içkilər təqdim olunacaqsa, o zaman qonaqların bunu necə qarşılayacağı barədə düşünün. Hər hansı əməkdaşın çox içərək sərxoş olması ehtimalına qarşı ayıq işçilər hazır vəziyyətdə olsun və bütün gecə onlara pulsuz içki paylamayın. Unutmayın ki, bu, ofisdaxili Milad şənliyidir, siz barları gəzmirsiniz! Bunu da yadda saxlayın ki, şəxsi və ya dini səbəblərdən spirtli içkidən istifadə etməyən əməkdaşlar da olacaqdır. Tədbirin strukturunu müəyyən edən və əlavə olaraq iştirakçılara təbii, daha az rəsmi olan formada müvafiq davranış nümayiş etdirməyə təşviq edən əlverişli fəaliyyət təşkil etmək barədə düşünün.

Make your end of year party success

Ünsiyyət və əlaqələrin qurulması

Bəzi sahibkarlıq subyektlərində ofisdən kənarda çalışan komandaların və evdən işləyən əməkdaşların sayı artdığına görə insanların bir araya gəlməsi üçün Milad ilin vacib məqamıdır. Yeni əlaqələr qurmaq və mövcud əlaqələri gücləndirmək üçün üsullar axtarın. Yaddaqalan Yeni il şənliyi heyətin əsas üzvlərin şirkətə bağlılığını artırmaq üçün əhəmiyyətli ola bilər. Bu, strateji cəhətdən qurulmuş timbildinq fəaliyyətini həyata keçirərək əsas dəyərləri gücləndirmək və ya ünsiyyət prosesini sürətləndirmək üçün ideal imkandır.

Nəticələr, müddət və məkan

Əvvəlcədən düşünülmüş nəticələrə malik düzgün fəaliyyətin seçilməsi bütün iştirakçıların iştirak etməsi və müsbət nəticə əldə etmək üçün vacibdir. Rəsmiyyəti aradan qaldırmaq, iştirakçıları ünsiyyət qurmağa təşviq etmək və ya bayramı qeyd etmək üçün Milad şənliyi ideyası axtarırsınızsa, bizdə seçimlər çoxdur. Əgər siz mütəmadi olaraq bir timbildinq şirkəti ilə əməkdaşlıq etsəniz, onlar sizin qrupunuzu tanıyacaq, şirkətin ümumi məqsədi və mədəniyyətini başa düşəcək ki, bu da prosesi qat-qat asanlaşdırır. Məkan, iştirakçıların sayı və demoqrafik məlumatlarının müəyyən edilməsi də vacibdir. Əksər şirkətlər "Go Team" kimi GPS əsasında oynanılan, festival mövzulu macəra oyununu seçərək açıq havada vaxt keçirməyə üstünlük verirlər. "Push It!" və "Quickfire" kimi planşet əsaslı şirkətdaxili komanda viktorinaları Milad şənliyinin marağını artırır və insanları ünsiyyət qurmağa, deyib-gülməyə, digərlərinin müxtəlif bacarıqlarını dərhal və rahat şəkildə qiymətləndirməyə təşviq edir. Şirkət daxilində və ya xaricində həyata keçirilməsindən asılı olmayaraq, tətbiq əsaslı bu proqramlar həddən artıq cəlbedici olmaqla nəsillər arasında boşluğu aradan qaldırır. Eyni zamanda, bu proqramları asanlıqla tədbirə uyğunlaşdırmaq və mahir şəkildə şirkət dəyərlərini gücləndirmək mümkündür.

İanələr

Miladın əsl xeyirxahlıq cəhətini nəzərə alsaq, korporativ sosial məsuliyyətə olan meyllilik artmaqdadır və xeyriyyəçiliklə bağlı fəaliyyətlər çərçivəsində həmkarlar yerli cəmiyyətə birbaşa töhfə verə, o cümlədən digər az əlverişli qruplara ianə verilməsində iştirak edə bilərlər. Tədqiqat göstərir ki, əməkdaşlar bu növ təşəbbüsləri qiymətləndirirlər və tamamilə dəyərli məqsədi olan timbildinq fəaliyyətində iştirak etməyə daha çox həvəsli olurlar. Əlverişsiz imkanlara malik uşaqlar üçün velosiped və oyuncaq düzəltmək, tamamilə yerli xeyriyyəçilik tədbirlərinə yardım məqsədilə qablaşdırılmış qidaların təqdim olunduğu mini qolf kursları, ağacların salınması proqramları və s. kimi proqramların sayı çoxdur. "Catalyst Global" "Go Give" fəaliyyətini hazırlamaq üçün qlobal xeyriyyəçilik təşəbbüsü olan "B1G1" ilə əməkdaşlıq etmişdir. Bu, qazanılan xalların dünya üzrə diqqətlə seçilmiş dəyərli məqsədlər üçün töhfəyə çevrildiyi əyləncəli və həddən artıq təsirli, tətbiq əsaslı komanda yarışıdır.

Bu, artıq yaddaqalan Milad şənliyinə çevrilmişdir!

Esther Daniel

Head of Partner Engagement Strategy at Catalyst Global

Responsible for ensuring organisational effectiveness through network partner engagement strategies at Catalyst Global.

Bütün məqalələr

Tövsiyyə olunan ədəbiyyat siyahısı