peak performance planning

Yüksək məhsuldarlıq üçün çevik planlaşdırma

Tarixində Guy Baker tərəfindən dərc olunmuşdur 6 fev 2017

Hər hansı məqsədə çatmaq üçün komandaya strategiya, o cümlədən nə dərəcədə rəsmi olmasından asılı olmayaraq, strategiyanın həyata keçirilməsi ilə bağlı plan lazımdır. Bununla belə, hətta ən mükəmməl şəkildə tərtib olunmuş planlar belə, dəyişən ətraf mühit, gözlənilməz situasiyalar və komanda üzvlərinin müxtəlif ehtiyaclarına çevik şəkildə uyğunlaşa bilmədikdə komandanın uğur qazanmasına mane ola bilər.

"Catalyst Global" şirkətinin innovativ və praktik öyrənmə oyunu olan "Peak Performance" komandalara dəyişən situasiyalarda effektiv şəkildə işə uyğunlaşdırıla biləcəkl planların qurulması qaydasını öyrətmək üçün simulyasiya edilmiş Everest dağın ekspedisiyasından istifadə edir.

Gözlənilməz situasiyaların planda nəzərə alınması

Korporativ mühitlər və dağ ekspedisiyaları bir-birindən çox fərqli görünsə belə, hər iki kontekstdə komandaların uğurlu olmaq üçün istifadə etməli olduqları üsulların əksəriyyəti eynidir.

Alpinizmdə planın əksər hissələri dəyişməz, bəzi hissələr isə elastik olur. Hava şəraiti dərhal dəyişə bilər. Böyük təcrübəyə və müvafiq fiziki göstəricilərə malik olan müştərilər yüksəklikdə uğursuzluğa düçar ola bilər. Dağa çıxmazdan əvvəl gözlənilməz hal ssenarilərinin hərtərəfli şəkildə məşq edilməsi komandaları bu cür hallara qarşı hazırlaya bilər.

“Dağa çıxarkən bizim mükəmməl planımız var idi,”

Amerikalı alpinist Deyvid Finley Breşers, Leadership: Leadership Lessons from Survivors, 2006.

“Yaxşı plan sizə stabil şəkildə qalmaq yox, çevik olmaq imkanı verməlidir. Bizim planımız bizə seçimlər, yəni çeviklik imkanı verdi.”

Beləliklə, biznesdə də layihənin müddəti ərzində layihəni tənzimləmək, qayda və tələblərə dəyişiklik etmək üçün çevik olmaq şərtdir. Əgər komandalar qətiyyən plandan kənara çıxmırlarsa, onlar özlərini biznes mühitində baş verən dəyişikliklə qarşısında zəif vəziyyətə salırlar. Müxtəlif ssenarilərin əvvəlcədən sınaqdan keçirilməsi komandalara dəyişən situasiyalara təcrübəli şəkildə uyğunlaşaraq problemlərin həll edilməsi prosesini sadələşdirmək və gedişata nəzarəti asanlaşdırmaq üçün onları nələrin gözlədiyini və ya hansı ehtiyacların qarşılanmalı olduğunu görmək imkanı verir.

peak performance

Planlaşdırma ilə bağlı tarazlaşdırılmış yanaşma tərzi

Alpinizmdə olduğu kimi Biznes sektorunda da irəli getmək üçün atılacaq addımları müəyyən etmək şərtdir. İstənilən layihədə uğur qazanmaq üçün zamanla ölçülə bilən fəaliyyət və mərhələlərin planlaşdırılması əsasdır, ancaq detallara həddən artıq fikir verilməsi, həmçinin, gözlənilməz problemlərin həlli zamanı tələb olunan addımı atmağa mane olaraq komandanın əhvalını aşağı sala və ümumi məqsədi təhlükə altına ata bilər.

Everest dağına qalxamağa hazırlaşarkən planlaşdırma və təlim prosesləri aylar, bəzən illərlə davam edir. Tələb olunan bilik və bacarıqlara malik olan düzgün insanlar seçilməli, alpinistlər fiziki olaraq hazırlaşmalı, maliyyə planlaşdırması tamamlanmalı, tələb olunan avadanlıqlar satın alınaraq çatdırılmalı və əsaslı tədqiqat əsasında faktiki ekspedisiya planları və bələdçi proqramı tərtib olunmalıdır. Daha sonra, dağda hava dəyişdikdə, kimsə zədələndikdə, avadanlıqlar itdikdə və ya sıradan çıxdıqda və digər hallarda plandan kənaraçıxma halları ola bilər. Komanda bir araya gələrək effektiv şəkildə ünsiyyət qurmaqla, sakit qalmaqla, müsbət düşünməklə bu çətinliklərin öhdəsindən gəlməli və dəyişən amillərə daha yaxşı reaksiya vermək məqsədilə orijinal plana dəyişiklik etmək üçün problemlərin həll edilməsi bacarığından istifadə etməlidir.

“Biz öz qrafikimizə deyil, dağın qrafikinə uyğun olaraq hərəkət etməli idik,” Breşers dedi.

Biznes sektorunda dəyişən şərtlər nadir hallarda insan həyatını təhlükə altına qoyur, ancaq bu cür hallar komandanın ümumi məqsədinə müvəffəqiyyətli şəkildə nail olunmasına mane olur.

"Peak Performance" oyununda iştirakçıları əyləncəli və cəlbedici şəkildə komandalardan planlaşdırma və ünsiyyət bacarıqları ilə yanaşı planın icrasına mane ola biləcək dəyişən situasiyaları başa düşərək və nəzərə alaraq plana dəyişiklik edilməsini tələb edən situasiyaya düşürlər. Burada iştirakçılar uğur əldə etmək üçün planın çevikliyinin əhəmiyyətini başa düşürlər.

Guy Baker

Founding Director Catalyst Global

Guy visioned the creation & development of team building concepts and then set about to convince the world of their benefits.

Bütün məqalələr

Tövsiyyə olunan ədəbiyyat siyahısı