The infinite loop

Virutal reallıqla yeni timbildinq dünyasına daxil olun

{tarix} tarixində {müəllif} tərəfindən dərc olunmuşdur

Timbildinq hər zaman müsbət iş mühitinin yaradılması üçün zəruri komponent olmuşdur. Birlikdə daha yaxşı əməkdaşlıq etmələri üçün əməkdaşların ruhlandırılmasından hər kəsin iş mühitində müvafiq yardımla təmin olunmasından əmin olmaq üçün bir-birinin müsbət və mənfi cəhətlərini öyrənməyə və başa düşməyə qədər çox sayda fayda əldə edə bilərsiniz. Timbildinqdən ünsiyyəti təşviq etmək, idarəetməni gücləndirmək və əməkdaşlar arasında əlaqələri yaxşılaşdırmaq üçün istifadə edilə bilər, çünki onlar bir-biri ilə rəqabət aparır və ya rəqib komandalar qalib gəlmək üçün bir-biri ilə əməkdaşlıq edirlər.

networking team building

Timbildinq nəyə görə vacibdir?

Timbildinq əməkdaşları iştirak etməyə ruhlandırır və yeni içilər üçün əngəlləri aradan qaldıraraq, onların sosiallaşması və əlaqə yaratması üçün daha rahat mühit yarada bilər.

Bununla belə, komandanın könülsüz üzvünü timbildinq təcrübəsində iştirak etməyə ruhlandırdıqda siz, adətən, görəcəksiniz ki, onlar iş əlindən vaxtın olmaması və ya sosial fəaliyyətlərə qoşulmağa həvəssizlik kimi mənfi cəhətlərə fikir verirlər.

Timbildinq komanda daxilind daha yaxşı ünsiyyət qurmaq üçün mükəmməl üsul olduğuna görə timbildinq fəaliyyətini təşkil etməzdən əvvəl əməkdaşlarınızla müzakirə etmək yaxşı fikirdir. Onlardan tədbiri keçirmək üçün hansı tarix və ya vaxta üstünlük verdiklərini soruşun və işlərini qaydasına qoymaq üçün zamana ehtiyac olub-olmadığını müzakirə edin.

Alternativ olaraq, kənar amillərlə əlaqədar olaraq tarix və vaxt məhdudiyyəti varsa, komandanızın iştirakını təmin etmək üçün digər üsullardan istifadə edin. Misal üçün, siz timbildinqlə bağlı ideyalarınızı təqdim edərək komandaların ən çox iştirak etmək istədikləri tədbirə səs verməsini təşkil edə bilərsiniz.

Yaxşı ünsiyyət rəhbərlik və şirkətin əməkdaşları arasında başlayır. Bu cür ünsiyyət qurulduqdan sonra siz bütün əməkdaşların iştirak edə biləcəyi timbildinq tədbiri təşkil etmək üçün daha çox kömək əldə etmiş olacaqsınız.

Flat out F1

Həyəcanverici timbildinq tədbiri təşkil edin

Ənənəvi timbildinq fəaliyyətlərini davam etdirmək əvəzinə, insanlarda həyəcan hissi yaradan tədbir təşkil etməlisiniz. Bu, yeni və ya fərqli bir şey olmalı, həyati əhəmiyyət daşıyan rəqabət hissini aşılamalıdır!

Müasir dövrün timbildinq fəaliyyətlərində bu, mümkündür. İndiki timbildinq fəaliyyətləri F1 yarışı avtomobili və yarış qayığı düzəldərək yarışmaqdan tutmuş, bütün komandaya birlikdə orkestr musiqisini ifa etməyi öyrətmək və ya hətta vaxt bitmədən müxtəlif çətin vəziyyətlərdən çıxmağa qədər müxtəlif imkanlara malikdir.

Timbildinq fəaliyyəti həyəcan verməlidir! Öz əməkdaşlarınız timbildinq fəaliyyətindən bəhs etdikdə maraq və gözlənti dolu sevinc hissini duymalı və alqış səslərini eşitməlisiniz. Əgər yaratdığınız orkestrdən yalnız sızlama və ya əsnəmə səsləri gəlirsə, sizə timbildinqlə bağlı yanaşma tərzinizi yenidən gözdən keçirmək və imkan daxilində bütün işçi qüvvəsinin iştirakını təmin etmək lazım ola bilər. Bu yolla hətta qısa və sadə səsvermə olsa belə, hər kəs öz fikrinin önəmsəndiyini görür.

red alert

Timbildinqdə texnologiyadan istifadə

Bu günün timbildinq şəbəkələri timbildinqi sırf fiziki və ya zehni prosesdən tamamilə rəqəmsal prosesə çevirməklə maraq doğuran cihaz və qurğuları özündə birləşdirən texnoloji timbildinq fəaliyyətləri üçün imkanlar yaradır.

Əməkdaşlığa əsaslanan "Red Alert" adlı komanda tədbirimiz texnologiya vasitəsilə timbildinq təcrübəsinin oyuna çevrilməsinə mükəmməl misaldır. Hər bir komandaya dağıdıcı kompüter virusunun sistemi silməsinin qarşısını almaq üçün komandanın yerinə yetirməli olduğu altı tapşırıq və texnoloji tapmacadan ibarət konteyner verilir. Tapşırığı yerinə yetirmək üçün otaqdakı hər bir konteynerdəki tamamlanmalı olduğuna görə komandalar virusu karantinə almaq üçün bir-birinə müraciət edərək əməkdaşlıq etməlidirlər.

Oyun bacarıqların inkişaf etdirilməsi, o cümlədən strateji düşüncə, vaxtın idarə olunması və innovasiyanı təşviq edir. Bununla belə, heyət bu texnoloji tapmacaları tapmağa başladıqda dərhal əvvəl sahib olduqları bacarıqları unudaraq yeni bacarıqlar qazanacaqlar.

The infinite loop

Timbildinqdə növbəti addım

Biz sizi gələcəyin timbildinqi olan virtual reallığı sınaqdan keçirməyə dəvət edirik.

Virtual reallığa əsaslanan timbildinq əməkdaşlara real dünyanın qaydalarının mövcud olmadığı yeni rəqəmsal dünyaya daxil olmaq imkanı verir. Virtual reallıq oyunları sizə uçmaq, 3D rəsm çəkmək, dünyanın zirvəsində dayanmaq yaxud gələcəyə səyahət etmək imkanı vermək üçün nəzərdə tutulmuşdur - imkanlar həqiqətən sərhədsizdir.

Virtual reallıq timbildinq sektorunda növbəti yenilikdir və, şübhəsiz, qeyri-adi timbildinq tədbirlərimizdə iştirak etmək əməkdaşlarınıza həyəcan verəcək.

The infinite loop

"The Infinite Loop" – Virtual reallığa əsaslanan timbildinq oyunu

"The Infinite Loop" bizim yeni və virtual reallığa əsaslanan timbildinq tədbirimizdir. Bu tədbir əlaqələrin qurulması, əməkdaşlıq, münaqişələrin həll edilməsi, strateji düşünmə, fəallıq və vaxtın idarə olunması ilə bağlı həm fərdi, həm də kollektiv bacarıqları təşviq etmək üçün mükəmməl vasitədir.

Əməkdaşlar real dünyadan virtual dünyaya keçərək virtual reallıqda ilişib qalmış şəxsin xilas edilməsindən ibarət olan tamamilə məxfi missiya tapşırılmış ağ papaqlı hakerlər komandalarına bölünürlər.

Komandalara bir ədəd virtual reallıq eynəyi verilir və bir dəfəyə bir komanda üzvü onu geyinərək virtual dünyaya daxil olur. Burada onlar digər komanda üzvlərinin real dünyadakı tapmacaları taparaq bir sıra qapıları açmaq və tələyə düşmüş şəxsi virtual həbsxanadan azad etmək üçün ətrafda gördüklərini təsvir etməlidirlər.

Komandalar bir-biri ilə rəqabət aparmalıdırlar və onlar əsas ekranda digər komandalarla müqayisədə hansı nəticələri əldə etdiklərini görə biləcəklər.

The infinite loop

Növbəti timbildinq tədbirinin sifariş edilməsi

Əgər əməkdaşlarınız əvvəllər heç vaxt virtual reallıq tədbirində iştirak etməyibsə yaxud sizə timbildinqin keçiriləcəyi günə müəyyən qədər həyəcan və gözlənti əlavə etmək istəyirsinizsə, bu tədbiri sifariş etməlisiniz!

Virtual reallıq tədricən daha səmərəli olsa da, yüksək qiymətlər və əksər virtual reallıq sistemlərinin peşəkar avadanlıqlara müşayiət olunmasına ehtiyac bəzi insanların çəkinməsinə səbəb olur. Bizim virtual reallığa əsaslanan timbildinq tədbirimiz əməkdaşlarınıza dəyərli bacarıqları mənimsəyərkən və, ən önəmlisi, şəxsi inkişafı təşviq edərkən bəzi möhtəşəm texnoloji alətlərdən istifadə etmək imkanı verir.

Əgər siz virtual reallığa əsaslanan timbildinq tədbiri sifariş etmək və ya texnologiyaya əsaslanan digər timbildinq tədbirlərimiz barədə məlumat almaq istəyirsinizsə, "bizimlə əlaqə saxlayın" səhifəsinə daxil olaraq satış komandamızla əlaqə saxlayın.

Jonathan Hazley

General Manager at Team Challenge Company

Passionate about the creation, design and delivery of unique team building programs for developing teams for businesses across the UK.

Bütün məqalələr

Tövsiyyə olunan ədəbiyyat siyahısı