playing games teaches team work

Oyunlar komanda işini necə inkişaf etdirə bilər

Tarixində Darius Lomsargis tərəfindən dərc olunmuşdur 27 may 2019

İnnovasiya, sahibkarlıq, kreativlik, funksiyalar arasında əməkdaşlıq, praktik liderlik və heyrətamiz, tamamilə "mükəmməl" şirkətlərin idarə olunması üçün tələb olunduğuna görə hər zaman axtarışında olduğumuz bütün digər cəhətlərə hələ də sahib olmadığınızı düşündüyünüzdən mərcə girə bilərik.

Malik olduğunuz məhdud resursları, ətrafınızdakı motivasiyasız və əlaqəsiz insanları, nail olması mümkün olmayan məqsədləri və ya məğlub etməsi mümkün olmayan rəqibləri günahlandıra bilərsiniz. Bununla belə, böyük ehtimalla siz sadəcə buna necə nail olacağınızı, yalnız özünüzün deyil, həm də bütün komandanın yanaşma tərzini necə dəyişəcəyinizi bilmirsiniz. Şikayət etmək və rahatlığını pozmamaq yaxud həddən artıq çox çalışmaq, ancaq bariz nəticələrin əldə edilməsini çox önəmsəməmək daha asandır. Buna baxmayaraq, bundan xilas olmaq üçün asan, xoş və əyləncəli yol var.

Biz sadəcə aşağıdakı suala cavab verərək sizin üçün onu aradan qaldıracağıq: işdən daha əyləncəli nə ola bilər? Əlbəttə, oyun oynamaq.

playing games teaches team work

Elmi faktlar

İnsan beyni elə heyrətamizdir ki, o, reallığı təxəyyüldən ayıra bilmir. Hətta müəyyən vəziyyət yalnız insan beyninin məhsulu olsa belə, beyin bədənə real vəziyyətdə olduğu kimi reaksiya verməsi üçün siqnal göndərir.

Kiçik bir misal: məktəbdə olduğunuz illəri xatırlayın, partanızın arxasında əyləşib riyaziyyat müəlliminizin tənliklərə verdiyi izahatı dinləyirsiniz. Müəllim təbaşirlə lövhədə yazı yazarkən qəfildən təbaşir əlindən sürüşür və o, dırnağı ilə lövhəni cızır. İndicə beyninizin içində qıcıqlandırıcı səsi eşitdiniz? Onurğanızın aşağıya doğru titrəməni hiss etdiniz?

Tək bir xatirə, müəyyən zehni təsvir və bədəniniz arasında yaranan əlaqə beyninizdəki sinirlərin hərəkətə keçməsinə səbəb oldu. Beyninizi aldatmaq çox asandır, elədir?

Bu səbəbdən, oyun oynamaq biznes kontekstində çox təsirlidir. Simulyasiya oyunları sadə və yadda qalmayan fəaliyyət kimi görünə bilər, ancaq vacib olan hansı oyunun necə oynanılmasıdır. Düzgün şəkildə oynanıldıqda oyun yalnız real iş zamanı verilən qısa fasilə deyil, həm də daha müvafiq reallıq yaratmaq üçün alətdir. Oyun zamanı edilən kəşflər və mənimsənilən bacarıqlar digər situasiyalarda istifadə etmək üçün beyninizə həkk olunacaqdır..

Söhbət hansı oyunlardan gedir?

Aydındır ki, söhbət video-oyunlardan getmir, çünki onlar, əsasən, fərdi şəkildə oynanılır. Məşhur "Monopoly" oyunu da buraya daxil deyil, çünki o, rəqabətə və qorxuya əsaslanır. Bundan başqa, qalib gəlmək üçün şansın, məsələn, ən yaxşı kartların bəxtinizə düşməyinin tələb olunduğu oyunlar da bu siyahıya daxil deyil. Biz əyləncəli, eyni zamanda nələri isə öyrədən oyun növlərindən danışırıq.

Eyni zamanda həm əyləndirmək, həm də öyrətmək ("EnterTraining") təlim və əyləncəni birləşdirən konsepsiyadı (kiminsə izaha ehtiyacı ola bilər deyə tərifi verilir). O, hər hansı şirkət daxilində tətbiq olunan eyni prinsipləri tətbiq edir: müəyyən məqsədlərə çatmaq üçün resurslardan istifadə edilir və daha sonra mükafat verilir. Resurslar bilik və bacarıqlar, məqsədlər tapşırıqlar, mükafat isə motivasiyadır.

Oyun əsaslı təlimin müxtəlif növləri var, misal üçün, lövhə üzərində oynanılan oyunlar (misal üçün "FreshBiz", "Trade Winds"), musiqili oyunlar ("Orchestrate", "Crescendo"), interaktiv biznes simulyasiyaları ("The Infinite Loop", "Peak Performance") və s. Onların ümumi cəhəti budur ki, təlim canlı ünsiyyət, rəqabətcil tapşırıqlar, bütün iştirakçılar arasında əməkdaşlığı özündə birləşdirir və əyləncəli olmaqla yanaşı, öyrənmə prosesidir.

Ən önəmlisi isə - burada hər kəs qalib gəlir. Hətta sonuncu yeri tutan komanda belə. Çünki burada məqsəd qızıl medal deyil.

playing games teaches team work

Oyun oynamağın üstünlükləri

Bu fikir, xüsusilə, siz hələ də şübhəli yanaşırsınızsa, şişirdilmiş görünə bilər, ancaq sübut edilmişdir ki, komadanızla bu cür oyunları oynamaq hətta bir sessiya cəmi 2-3 saat davam etsə belə, bütün şirkət üçün uzunmüddətli təsirə malikdir. Bunlar əyləndirərək öyrətmək konsepsiyasının həyata keçirilməsinin əsas üstünlüklərindən bəziləridir:

  • Hər bir oyun unikal mövzuya, həm də fərqli məqsədə malikdir — şirkətin ehtiyaclarından asılı olaraq müəyyən bacarıqlar aşılana bilər: strateji düşüncə, problemlərin həll edilməsi, müştəri xidmətləri, vaxtın idarə olunması, əlaqələrin qurulması. Əslində, hər şey.
  • Bu, bütün qrupu birləşdirən timbildinq təcrübəsidir. Oyun oynamaq məlumatların gizlədilməsini (eyni şirkət daxilində müəyyən şöbələrin məlumatları digərləri ilə bölüşməməsi). Əyləncəli və qeyri-rəsmi iş mühiti hər kəsin rahat olmasına və açıq şəkildə ünsiyyət qurmasına şərait yaradır.
  • Tapşırıqlar mürəkkəbdir və müxtəlif bacarıqlar tələb edir — bu, hər kəsin fərdi bacarıqlarını və onları necə birləşdirməyi öyrənmək üçün mükəmməl üsuldur. Oyun oynamaq, həmçinin, özünüzün və digərlərinin iş tərzini daha yaxşı başa düşməyə kömək edir.
  • Müvəffəqiyyətli komanda üçün əsas amillərdən biri olduğuna görə oyun oynamaq ünsiyyəti yaxşılaşdırır.
  • Çətinliklərin öhdəsindən birlikdə gəlmək işçilərin fəallığını artırır, komandanı ümumi məqsədlər uğrunda mübarizəni davam etdirməyə ruhlandırır və onlara motivasiya verir.

Bu cür oyunlara əsaslanan öyrənmə fəaliyyətlərinin faydaları çoxdur, ancaq ən önəmlisi budur ki, oyunlar zamanı qazanılan dünyagörüşü sözün əsl mənasında insanın həyatını yaxud ən azından həyata baxış tərzini dəyişir.

Buna görə, əgər hələ də fərdi və ya komanda şəklində yeni vərdişlər formalaşdırmaqda və yeni bacarıqlar qazanmaqda çətinlik çəkirsinizsə, yadda saxlayın ki, beyninizi aldatmaq üçün yollar mövcuddur.

Darius Lomsargis

"UPAS Events" və "Catalyst Baltik"in təsisçisi

Beynəlxalq timbildinq şəbəkəsi olan "Catalyst Global"ın Baltikyanı dövlətlər üzrə nümayəndəsi, təlimçi, məsləhətçi sahibkar və "ŪPAS Events" agentliyinin təsisçisi təlim proqramlarını həyata keçirir, məsləhətçi, sahibkar və şirkətin nümayəndəsi.

Bütün məqalələr

Tövsiyyə olunan ədəbiyyat siyahısı