15 team building activities to engage

Fəallığı artırmaq, bacarıqları inkişaf etdirmək və komanda üzvləri arasında əlaqələrin qurulmasına kömək etmək üçün 15 timbildinq fəaliyyəti

{tarix} tarixində {müəllif} tərəfindən dərc olunmuşdur

Əksər işçilər timbildinq ifadəsinə şübhə və ya inamsızlıqla yanaşır. Bununla belə, həqiqət budur ki, yaxşı dizayn olunmuş proqram həm komandanızın fəallığını artırmaq, həm də komandanız inkişaf etdirmək qabiliyyətinə malikdir. Bu cür proqram mənimsənmək istəyəcəyiniz xüsusi bacarıqdan sadəcə komanda əlaqələrinin gücləndirilməsi və birliyin yaradılmasına qədər faydalaya malik ola bilər. Bu, timbildinq fəaliyyətini nə üçün seçdiyinizdən asılıdır.

"Catalyst" şirkətinin timbildinq şəbəkəsində biz illərlə timbildinq fəaliyyətinin effektivliyini artırmaq üçün yollar axtararaq bu proses ərzində 130-dan çox proqram dizayn etmişik. Bu təcrübədən istifadə edərək biz əməkdaşlarınızın fəallığını artıracaq və onların əylənərək öz bacarıqlarını inkişaf etdirməsinə kömək edəcək 15 timbildinq fəaliyyətindən ibarət qısa siyahı hazırlamışıq.

Bu siyahıda öz ofisinizdə həyata keçirməyiniz üçün həm mütəşəkkil proqramlar, həm də daha kiçik miqyaslı fəaliyyətlər mövcuddur. Beləliklə, nə axtardığınızdan asılı olmayaraq siz öz məqsədinizə xidmət edəcək timbildinq fəaliyyətini tapa biləcəksiniz.

"Scavenger Hunt Bingo"

Bu, timbildinq fəaliyyətləri ilə bağlı klassik yanaşmadır və burada siz diqqətinizi nəyə yönəldəcəyinizi seçməkdə çox sərbəstsiniz. Ümumi konsepsiya müxtəlif tapşırıqlardan ibarət binqo siyahısı yaratmaq, daha sonra isə iştirakçılara komandalara bölərək onlardan binqo siyahısını tamamlamağı tələb etməkdir. Daha tez olması üçün komandalardan bütün şəbəkə əvəzinə yalnız tapşırıqların bir sırasını tamamlamağı tələb edə bilərsiniz.

"Scavenger hunt bingo", əsasən, komandanın fəallığının artırılması və birliyin yaranmasına yönəlir. Bununla belə, bu fəaliyyət çərçivəsində öyrənmə imkanları genişdir, çünki siz istədiyiniz binqo tapşırığını seçə bilərsiniz. Əgər komandanıza ictimaiyyətlə əlaqə qurmaq qabiliyyətini aşılamaq istəyirsinizsə, yad insanlarla ünsiyyətə əsaslanan tapşırıqlar yaradın. Alternative olaraq, əgər komandanıza əməkdaşlıq və problemlərin həll edilməsini bacarıqlarını aşılamaq istəyirsinizsə, tapşırıqlardan birini birlikdə tapılmalı tapmacalardan ibarət olsun. Bu timbildinq fəaliyyətində seçimlər sərhədsizdir.

Beat the Box

"Beat the Box"

"Beat the Box" strateji düşüncə və vaxtın idarə olunmasını əməkdaşlıq və problemlərin həll edilməsi ilə birləşdirən innovativ timbildinq fəaliyyətidir. Bu fəaliyyət çərçivəsində komanda üzvlərində yalnız birlik hissi deyil, həm də həmkarlarının bacarıqları barədə bilik formalaşır.

İştirakçılara içərisində dörd konteyner olan qutu verilir. Hər bir konteyner tapmaca və müəmmalı tapşırıqlarla doludur. Məhdud müddət ərzində şifr kombinasiyasını sındırıb növbəti konteynerə keçmək üçün onları həll etmək lazımdır. Bu fəaliyyət istəyinizdən asılı olaraq rəqabət və ya əməkdaşlığa əsaslana bilər və iştirakçıları komanda şəklində yarışdıraraq onların eyni zamanda bir neçə müxtəlif bacarıqdan istifadə etməsini təmin etmək və dəyərli dərslər vermək üçün nəzərdə tutulmuşdur.

"Beat the Box" oyunu ilə bağlı qısa videonu izləyin və əlavə məlumat əldə edin.

"A Knot of Hands"

Bu fəaliyyət qısadır və komandanınızı bir araya toplayaraq rahatlamasına kömək etmək istəyirsinizsə, mükəmməl seçimdir. Struktur çox sadədir: iştirakçılardan kiçik bir dairədə bir-biri ilə üz-üzə dayanmasını xahiş edin, daha sonra hər bir iştirakçı dairənin qarşı tərəfindən dayanan iştirakçılardan birinin əlini tutsun. Bunu bir dəfə etdikdən sonra iştirakçılardan eynisini digər əlləri ilə etməsini xahiş edin. Bu dəfə onlar qarşı dairədən fərqli bir iştirakçının əlini tutsunlar. İndi isə iştirakçıların bir-birinin əlini buraxmadan düyünü açmasını tələb edin.

Təəccüblü də olsa, bu, komandanın mütəşəkkil şəkildə hərəkət etməsini, mükəmməl şəkildə ünsiyyət qurmasını və yaxşı liderlik qabiliyyətini tələb edən, eyni zamanda, bütün iştirakçıları iştirak etməyə vadar edən çətin tapşırıqdır. Bu fəaliyyət komandada birlik yaratmaq, liderlik qabiliyyətini aşılamaq və əməkdaşlara növbəti günlərdə müzakirə etməyə mövzu vermək üçün mükəmməl seçimdir.

Bridging the Divide - Teams Collaborate

"Bridging the Divide"

Klassik timbildinq konsepsiyasının daha geniş forması olan "Bridging the Divide" fəaliyyəti körpü tikintisi prosesini növbəti mərhələyə çatdırır. İştirakçılar komandalara bölünür və onlara müştərinin xüsusi göstərişləri əsasında məhdud resurslarla məhdud müddət ərzində körpünün bir hissəsini tikmək tapşırılır. Hər bir komandada müştəri və təchizatçı obrazları olur. Bu, fəaliyyətin dərinliyinin artırır, çünki bütün iştirakçılar əməliyyatın hər iki tərəfində çıxış edirlər.

Vaxt bitdikdən sonra hər bir komanda bir araya gələrək öz hissəsini digəri ilə birləşdirərək vahid körpü əmələ gətirir. Daha sonra, körpü uzaq məsafədən idarə olunan maşınla sınaqdan keçirilir. Uğur bütün şirkətə məxsusdur. Tikinti prosesində effektiv ünsiyyət, komanda işi və mütəşəkkil planlaşdırma tələb olunur.

"Bridging the Divide" ilə bağlı qısa videonun izləyin və əlavə məlumat əldə edin.

Global Innovation Game - Teams learn effective communication and innvoation

"Global Innovation Game"

İkonik televiziya verilişinə əsaslanan və bəzən ABŞ-ın televiziya proqramı olan "Dragon’s Den"ə istinadən “Shark Tank" adlandırılan "Global Innovation Game" iştirakçıları yeni və innovativ məhsul və ideyalar ərsəyə gətirərək onları təqdim etməyə vadar edən timbildinq fəaliyyətidir.

Mövcud zaman və resurslardan asılı olaraq bu fəaliyyətin potensialı həddən artıq çoxdur. İştirakçılardan öz təqdimatlarını müşayiət etməsi üçün kreativlik və komandanın resurslarından istifadə edərək aktivlər hazırlamaq tələb oluna bilər. Alternativ olaraq, qruplardan bütövlükdə biznesi inkişaf etdirə biləcək məhsul yaradaraq timbildinq fəaliyyətindən əyləncəli "breynstorminq" sessiyası kimi yararlanmağa imkan verir. Bütün yeniləmələr zamanı bu fəaliyyət mükəmməl təqdimat və ünsiyyət bacarıqları, planlaşdırma, təşkilatçılıq və innovativ düşüncə tələb edir.

Bu fəaliyyət sadə, hərtərəfli, effektiv və əyləncəlidir. Burada sizə lazım olan hər bir şey var. "Global Innovation Game" fəaliyyətinə nəzər salın.

Chain Reaction Table Top - teams learn to collaborate and discuss ideas and innovate

"Chain Reaction Table Top"

"Chain Reaction Table Top" mürəkkəb sistemlərinin yaradılması ilə bağlı məmnunluq hissini dizayn, sınaq və inkişaf texnikaları ilə bağlı metodiki yanaşma ilə birləşdirir. İştirakçılar tamamilə sadə məqsədi reallaşdıran zəncirvari reaksiya qurğusunu yaratmaq üçün onlara təqdim olunmuş ideya kartlarından istifadə etmək tapşırılır.

Uğur qazanmaq üçün komandalar səbrli olmalı, müxtəlif sistemləri sınaqdan keçirərkən metodiki yanaşmadan istifadə etməli, ideya kartlarında yazılan ideyalardan effektiv şəkildə qurğu düzəltmək üçün bir birinin bacarıqlarından yararlanmalıdırlar. Bu timbildinq fəaliyyəti üçün detallara diqqətli yanaşma, layihələrin idarə olunması bacarığı və dəqiqlik, o cümlədən komandanın ümumi məqsəd üçün birləşməsi tələb olunur.

"Chain Reaction Table Top" ilə bağlı qısa videonu izləyin və əlavə məlumat əldə edin.

"Negative to Positive"

Bu fəaliyyət üçün az sayda avadanlıq və inkişafla bağlı daha çox reflektiv yanaşma tələb olunur. "Negative to Positive" bizim normalda mənfi hesab etdiyimiz situasiyalarda yaxşı cəhətlərə fikir vermək və dərs çıxarmaqdan ibarətdir. Fəaliyyətdə iştirak etmək üçün iştirakçılar əvvəlki layihə, tapşırıq və ya fəaliyyətdə olduğu kimi işlə bağlı təcrübələrini bölüşdükləri digər komanda üzvü ilə ikili qrup təşkil edirlər. Daha sonra, bir iştirakçı ortaq təcrübələrinin mənfi cəhətini qeyd etməli və onun tərəfdaşı müsbət cəhətləri qeyd etməlidir. Bundan sonra onlar rolları dəyişirlər.

Bu tapşırıq çox sayda müxtəlif ortaq təcrübələri olan böyük komandalar üçün mükəmməl seçimdir, çünki o, komanda üzvlərinin bir-birini daha yaxşı tanımasına kömək edərək mənfi situasiya ilə bağlı müsbət düşünməyi aşılayır. Əlavə inkişaf imkanı üçün tərəfdaşlar hər bir ortaq təcrübədən sonra rollarını dəyişirlər.

Escape the Maze Team Building - Teams learn problem solving together in a fun way

"Escape the Maze"

"Escape the Maze" iştirakçıların fiziki olaraq virtual labirintdə hərəkət etdiyi və yol boyunca tapmacaları tapdığı həddən artıq interaktiv və hərəkətli tapşırıq yaratmaq üçün GPS sisteminin problemlərin həll edilməsi bacarıqları ilə birləşdirir.

Bu fəaliyyət bütün komanda üzvlərini cəlb etmək üçün mükəmməl seçimdir. O, mükəmməl ünsiyyət, liderlik bacarıqları və əməkdaşlıq tələb edir, sağlam rəqabət mühitində bu qabiliyyətlər inkişaf etdirir. Fəaliyyət boyunca iştirakçılar problemləri həll etmək, əsas fakt və açar sözləri tapmaq, əldə edilən məlumatlardan daha böyük məqsədə çatmaq məqsədilə istifadə etmək üçün bir neçə bacarıq dəstindən istifadə etməlidirlər. Bütün bu bacarıqlar iş mühitində həddən artıq dəyərlidir.

"Escape the Maze" fəaliyyəti ilə bağlı qısa videonu izləyin və əlavə məlumat əldə edin.

"Curious Combinations"

Bu timbildinq fəaliyyətinin əsas məqsədi komandada birlik yaratmaqdır. "Curious Combinations" kombinasiyanın hər bir bəndinin ayrı vərəqdə yazılmasını nəzərdə tutur: misal üçün, duz və istiot. Daha sonra, hər bir iştirakçı bir vərəqi arxasına yapışdırır və onlar iştirakçıların suallarına "bəli" və ya "xeyr" cavabını verərək söhbətin nədən getdiyini tapmalıdırlar. Söhbətin nədən getdiyini tapdıqdan sonra onlar kombinasiyanı tamamlamalıdırlar.

İştirakçılar kombinasiyanı tapandan sonra kombinasiyanın elementlərinin bir-birini necə tamamlamasını və onların arasında hansı bənzərliklərin olmasını müzakirə edərkən fəaliyyətin əsl dəyəri ortaya çıxır. Bu timbildinq fəaliyyəti hətta həddən artıq fərqli xarakterə malik insanların bu və ya digər şəkildə bənzər ola biləcəyini vurğulayır. Bu fəaliyyəti təşkil etmək həddən artıq asandır və vaxt aparmır, buna görə o, siyahıdakı ən hərtərəfli seçimlərdən biridir.

orchestrate!  Individuals learn together the seemingly impossible is possible

"Orchestrate!"

"Orchestrate!" insanların sahib olduqlarına inandıqları bacarıqlarla özlərini məhdudlaşırmaq meylinə əsaslanır. "Orchestrate!" fəaliyyətində iştirakçılar 90-120 dəqiqə müddət ərzində musiqi alətində ifa etmək üçün məşq edir, daha sonra komanda halında orkestr kimi simfoniya ifa edirlər.

Komandanızın bu səviyyəyə çatmasına kömək etmək məqsədilə əsas prinsipləri öyrətməsi və əməkdaşlarınızın məşq etməsinə kömək etməsi üçün musiqiçilərdən ibarət ekspert komandası cəlb olunur. Bu timbildinq fəaliyyətinin gücü ondadır ki, tapşırıq ilk baxışda mümkünsüz görünür, buna görə komanda uğur qazandıqda fəaliyyətin təsiri daha çox olur. Bu, əməkdaşlıq vasitəsilə komandada əhval-ruhiyyəni yüksəltmək və hər kəsin iştirak etməsini təmin etmək üçün mükəmməl fəaliyyətdir.

"Orchestrate!" fəaliyyəti ilə bağlı qısa videonu izləyin və əlavə məlumat əldə edin.

"Wordsmiths"

"Wordsmiths" sadə və effektivdir. Komandanıza yalnız öz bədənlərindən istifadə edərək xüsusi sözü əmələ gətirməsini tapşırın. Bu timbildinq fəaliyyətini komandanın ölçüsünə uyğunlaşdırmaq asandır, çünki böyük qruplar üçün xüsusi siz əvəzinə bütöv cümləni qura bilərsiniz. Bunun üçün yeganə tələb böyük və boş ərazi tapmaq, sonda nəticənin şəklini çəkmək üçün kameraya malik olmaqdır!

Bu tapşırıqda uğur qazanmaq üçün komanda işi, liderlik və planlaşdırma tələb olunur ki, bu da onu hər hansı breynstorminq sessiyası və ya iclas üçün mükəmməl başlanğıc fəaliyyətinə çevirir.

Flat out F1 - Teams learn the joy of competing together as a team

"Flat Out Formula One"

"Flat Out Formula One" fəaliyətində uğur qazanmaq üçün mükəmmək təşkilatçılıq qabiliyyəti və planlaşdırmaq tələb olunur, çünki hər bir komandaya hazır kartonlar parçalarından Formula 1 maşını düzəltmək tapşırılır. Bunun üçün hərtərəfli ölçmə işləri və xüsusi liderlik bacarığı tələb olunur. Heyəti daha da inkişaf etdirmək üçün hər bir Formula 1 maşını hazır olduqdan sonra onu bəzəmək və ona komandanın adına uyğun marka vurmaq lazımdır. Son olaraq, Formula 1 maşınları yarışda iştirak edir və qaliblərə mükafat verilir.

Hər bir mərhələdə effektiv əməkdaşlıq və hərtərəfli planlaşdırma tələb olunur, çünki hər hansı səhv maşının strukturu üçün real problemlərə səbəb ola bilər. Əgər bütün iştirakçıları əhatə edən və komandanı cəlb edən timbildinq fəaliyyəti axtarırsınızsa, bu, sizin üçündür.

"Flat Out Formula One" ilə bağlı qısa videonu izləyin və əlavə məlumat əldə edin.

"Personal Logo"

Digər ir qısa və həddən artıq münasib timbildinq fəaliyyəti fərdi emblem yarışmasıdır. İştirakçılara ciblərindəki xırda pul və aksessuarları boşaldaraq malik olduqları bütün əşyalardan istifadə etməklə fərdi emblem yaratmaq tapşırılır. Bu fəaliyyətin dəyəri kreativlik deyil özünüdərk və kəşflə bağlıdır.

Bütün iştirakçılar öz fərdi emblemlərini yaratdıqdan sonra onları qrupa təqdim edərək hər bir hissəsini, nəyə görə seçdiklərini və özlərini necə təmsil etməsini izah etməlidirlər. Öz sahibini ən dəqiq şəkildə təmsil edən ən yaxşı və ən kreativ emblemlərə mükafat verin. Bu yolla komanda saysız-hesabsız resurs cəlb etmədən və ya çox vaxt sərf etmədən bir-birini daha yaxşı tanımağa başlayır.

VR team building - The Infinite Loop - Process improvement together

"The Infinite Loop"

Yüksək texnologiyalı virtual reallıq eynəkləri və mürəkkəb tapmacalardan istifadə edən "The Infinite Loop" komandaların məhbusu azad etmək üçün bir neçə tapmacanı öz üsulu ilə həll etməsini tələb edən, ünsiyyət, vaxtın idarə olunması və problemlərin həll edilməsinə əsaslanan fəaliyyətdir. Bir dəfə üçün yalnız bir üzvə virtual reallıq eynəyindən istifadə etməyə icazə verildiyinə görə bu fəaliyyətdə uğur qazanmaq üçün əsas məsələ dəqiq məlumat mübadiləsi, o cümlədən növbəti atılacaq addımlar barədə düzgün qərarlar qəbul etməkdir.

İştirakçıların çox şey öyrəndiyi və etdiyi səhvlər nəticəsində yenilikləri kəşf etdiyi "The Infinite Loop" asan proqram deyil, ancaq iştirakçıların əllərindən gələni etməsini tələb edən həddən artıq dəyərli fəaliyyətdir. Seçici biznes dünyasında asanlıqla tətbiq oluna biləcək mürəkkəb problemlərin yaradılması onu çox dəyərli və tamamilə cəlbedici timbildinq proqramına çevirir.

"The Infinite Loop" fəaliyyəti ilə bağlı qısa videonu izləyin və əlavə məlumat əldə edin.

"The Classic Egg Drop"

Son olaraq, bizim "Egg Drop" yarışmamız var. Sadə ofis və dəftərxana ləvazimatlarından istifadə edən iştirakçılara çiy yumurtaları sabit bir metrlik yüksəklikdən yerə düşmək əleyhinə qoruyacaq yumurta qabı düzəltmək tapşırılır.

Bu ümumi məqsədə çatmaq üçün planlaşdırma, təşkilatçılıq və məhdud resurslardan effektiv istifadəyə əsaslanan, geniş yayılmamış timbildinq fəaliyyətidir. Bu fəaliyyət sadə və maddi cəhətdən səmərəlidir, onun əməkdaşların bacarıqlarını inkişaf etdirməsi sübut edilmişdir. Bəzən klassik fəaliyyətlər heç də pis olmur.

Ümid edirik ki, bu məqalə növbəti timbildinq fəaliyyəti və ya proqramınızla əlaqədar sizə bəzi yeni ideyalar verəcək. "Catalyst" şirkətinin Böyük Britaniya üzrə timbildinq şəbəkəsində biz əyləncə mühitində heyəti inkişaf etdirən yeni və əyləncəli proqramlar yaratmaq üçün mövcud fəaliyyətləri yenidən gözdən keçirməyə on illərlə vaxt sərf etmişik.

Digər fəaliyyətlərimizə nəzər salın yaxud hər hansı sualınız varsa, bizimlə əlaqə saxlayın.

Esther Daniel

Head of Partner Engagement Strategy at Catalyst Global

Responsible for ensuring organisational effectiveness through network partner engagement strategies at Catalyst Global.

Bütün məqalələr

Tövsiyyə olunan ədəbiyyat siyahısı