leadership skills inspiration

Böyük lider olmaq üçün nə lazımdır?

Tarixində Guy Baker tərəfindən dərc olunmuşdur 17 yan 2017

Dünyanın ən böyük timbildinq şəbəkəsinin baş icraçı direktoru kimi mənə tez-tez sual verilir ki, böyük lider olmaq üçün nə lazımdır. Bunun üçün səciyyəvi siyahı var və oraya nəticələrə həddən artıq diqqət yetirilməsi, effektiv strategiya və planlar hazırlamaq qabiliyyəti, həmin planların icra olunmasından əmin olmaq, çətin situasiyalarda qətiyyətlilik, həmin qərarları bildirərkən aydın və qəti ifadələrdən istifadə edilməsi, komandanın məhsuldarlığına görə cavabdehlik və geriləmə hallarının sakit və məntiqlə idarə olunması qabiliyyəti daxildir. Siyahı bunlarla bitmir.

Bununla belə, mənim üçün böyük lider olmaq insanları ruhlandırmaq qabiliyyətindən asılıdır. Hər birimizin məktəbdə öz fənnini həddən artıq çox sevən və öyrənmə prosesini əyləncəyə çevirən müəllimi olmayıbmı? Hər birimizin ətrafında, adətən, təxəyyül normalarını aşaraq qeyri-adi şeylər dizayn edən, yaradan və ya qeyri-adi hərəkətlə edən, rəğbət bəslədiyimiz bir nəfər olmayıbmı? Bu insanların digərlərini bu cür ruhlandırmasını mümkün edən nədir?

Mən illər ərzində məni Bəyaz Nil çayında kanoe ekspedisiyaları, Avstraliya qitəsindən Tasmaniyaya dəniz səyahəti, Ama Dablam dağına çıxmaq cəhdi və bir neçə macəranı yaşamağa həvəsləndirən böyük ixtiraçılar haqqında çox oxumuşam. Bu təcrübələr öz liderlik bacarıqlarımı inkişaf etdirmək üçün çox vacib rol oynayıb.

Aydındır ki, öz liderlik bacarıqlarını inkişaf etdirmək üçün Everest dağına çıxmaq və ya Arktika ekspedisiyasına çıxmaq hər zaman mümkün olmur, ancaq bu, o demək deyil ki, praktik öyrənmə prosesindən yararlanmaq olmaz. Bunu nəzərə alaraq, təxminən 3 il əvvəl mən effektiv şəkildə liderlik bacarıqlarını inkişaf etdirəcək öyrənmə aləti yaratmağa başladım. Bu əməyimin nəticəsi olaraq "Catalyst Global" şirkəti bu yaxınlarda timbildinq və təlim oyunu olan "Peak Performance" oyununu təqdim etdi. Bu, planşet əsasında oynanılan, komandaların Everest dağına çıxdıqdan sonra təhlükəsiz şəkildə düşərgəyə qayıtmağa çalışdıqları 20 günlük səyahətdə ekspedisiya lideri vəzifəsini icra etdikləri interaktiv biznes oyunudur. Oyun iştirakçılara böyük lider olmaq üçün tələb olunan, heç vaxt görmədikləri ilham və təkanverici qüvvəni sınaqdan keçirmək imkanı verir.

Şövq daha çox bilik əldə etmək istəyi yaradır

Şövqə malik olan lider bilik qazanmağa meyilli olurlar. Onlar zərurət yarandıqda daha yaxşı məlumatlı fikirlər və həll yolları təklif edirlər. Onların biliyi məsələyə bütün bucaqlardan baxmaq, hər bir alternativi və onların təsirini nəzərə almaq, böyük ideyaların effektiv şəkildə formalaşdırılmasını asanlaşdırmaq, insanları ümumi məqsəd uğrunda mübarizə aparmağa ruhlandırmaq və yaxşı düşünülmüş strategiya yaratmaq imkanı verir. Böyük insanları ruhlandırmaq və effektiv fəaliyyətə rəhbərlik etmək üçün bu vizyon və strategiyadan istifadə edirlər. Komandadan əldə etdiyi biliyi çevik oyun strategiyasının hazırlanmasında istifadə etməyi tələb edərkən "Peak Performance" oyunu məhz bunu edir.

Həvəs ünsiyyət qurmağa təşviq edir

Şövq və həyəcan insanları ətrafdakılarla ünsiyyət qurmağa təşviq edərək digərlərini də bu prosesə qoşulmağa həvəsləndirir. Bundan əlavə, şövq və bilik müsbət yanaşma tərzi yaratmağa, insanlarda inamın formalaşmasına və bu inamın digərlərinə yayılmasına kömək edir. Bunu modelləşdirən "Peak Performance" oyunu iştirakçıların üzərində oyunun xüsusi cəhəti barədə bilik formalaşdırmaq və həmin biliyi effektiv şəkildə öz komandası ilə bölüşmək məsuliyyəti qoyur.

Effektiv liderlərin yüksək, ancaq əlçatan standartları

Motivasiyalı liderlər öz komandası üçün yüksək, ancaq əlçatan standartlar təyin edirlər. Onlar müəyyən edilmiş hədəflərə çatmaq üçün öz komandalarına təlim keçərək və zəruri yardımı göstərərək, o cümlədən komanda üzvlərinin planlarla tanış olduğundan və həmin planları həyata keçirmək üçün müvafiq şəkildə təchiz olunduğundan əmin olaraq rəhbərlik edirlər. Eyni zamanda, liderin öz komandasının bacarıqlarına inanması və etibar etməsi onların ətrafdakıların çatmaq istəyəcəkləri səviyyəni müəyyən etməsinə imkan yaradır.

"Peak Performance" müxtəlif sahələr üzrə ekspertlər yetişdirmək üçün bilik və təcrübə verir. Ümumilikdə, komanda liderləri ətrafdakıların öz potensialını ortaya çıxarmasını və nəzərdə tutduqları məqsədlərinə çatmağa qadir olmasını təmin edir.

"Peak Performance" bizi öz ixtisas sahələrimizdə lider olmağa ruhlandırır

Biz həvəsli olduğumuz, maraq dairəmizdə olan və ixtisaslaşdığımız xüsusi sahələrə sərmayə qoyduqda və bu sahələrdən maksimum şəkildə faydalandıqda biz özümüzü həmin sahələr üzrə liderə çeviririk. Ümid edirəm ki, "Peak Performance" insanların öz vəzifələrini daha yaxşı başa düşməsinə, o cümlədən komandaları naminə öz unikal bacarıq və istedadlarından istifadə etmək üçün şövq və ilham mənbəyini tapmasına kömək edəcəkdir.

Guy Baker

Founding Director Catalyst Global

Guy visioned the creation & development of team building concepts and then set about to convince the world of their benefits.

Bütün məqalələr

Tövsiyyə olunan ədəbiyyat siyahısı