Ünsiyyət

Müvafiq mesajı kütlənizə uyğun olacaq formada, yığcam və aydın şəkildə təqdim edin.

İşgüzar ünsiyyət üz-üzə görüşlər və təqdimatlardan e-mail yazışmaları və mesajlaşmaya qədər müxtəlif formalarda baş tutur. Ünsiyyətin forması onun baş tutduğu mühitə uyğun olmalıdır. Ünsiyyət ikitərəfli prosesdir. Fəal və qarşı tərəfini anlayaraq dinləmək ünsiyyət zamanı danışmaq və ya mesajı çatdırmaq qədər əhəmiyyətlidir. Bu yolla başqa insanların düşüncə tərzlərinin başa düşülməsi əlaqələrin keyfiyyətinin yaxşılaşdırılması üçün şərtdir.

Ünsiyyətin aydın və yığcam olması mesajın kütləyə uyğun şəkildə çatdırılmasını nəzərdə tutur. Mesajınız axarlı olmalı və ümumi səs tonu mövzuya müvafiq olmalıdır. Mesajınızda çatdırmaq istədiyiniz fikirlərin dəqiq şəkildə təsvir olunduğundan və onda dinləyicini çaşdıra biləcək heç nəyin olmadığından əmin olun. Mesajınız hərtərəfli və tam olmalı, kütləyə tam məlumat verməli və onların imkan daxilində müvafiq tədbirlər görməsinə şərait yaratmalıdır. Səs tonu və bədən dili də ünsiyyətin effektv olması üçün vacibdir. Qamətinizə, səsinizdəki yüksəlmə və enmələrə fikir verin. Sualların verilmsə şəklinə fikir verin və onların müsbət şəkildə çatdırılaraq inam yaratmasına, müzakirəni təşviq etməsindən əmin olun. Praktik öyrənməyə əsaslanan timbildinq fəaliyyətləri və biznes oyunları effektiv ünsiyyətin modelləşdirilməsinə kömək edir.

Müvafiq mövzu üzrə məşhur proqramlardan ibarət bu seçimə nəzər salın.
Qərar verməkdə çətinlik çəkirsiniz? Axtardığınız bu deyil?

Bizimlə əlaqə saxlayın

Daha çox müştəri hekayələri