konsis catalyst azerbaijan

Catalyst Azərbaycan haqqında

Tədbirlərin təşkili, timbildinq, kommunikasiya, dilçilik, səyahət və qonaqpərvərlik sektorlarında lider olmaq ideyası ilə iki təşəbbüskar tərəfindən yaradılmış "Konsis" şirkəti 35 tam ştatlı, 200-dən çox ştatdankənar mütəxəssis, texnik və dilçidən ibarət şirkətə çevrilmişdir. "Konsis" şirkətinin baş ofisi Azərbaycanın Bakı şəhərində yerləşir və şirkətin keçmiş sovet ölkələrində filalları var. 10 ildən çox təcrübəsi olan "Konsis" şirkəti çoxsaylı müştərilərə fəxrlə xidmət göstərir.

2011-ci ildə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu tərəfindən "Konsis" şirkətinə "Tədbirlərin təşkili sahəsi üzrə ilin şirkəti" mükafatı verilmişdi. "Konsis" regionda son iqtisadi böhran zamanı tədbirlərin bəzədilməsi və texniki infrastruktura investisiya qoyan, nou-hau və təcrübə mübadiləsi üçün düzgün təşkilatlarla tərəfdaşlığa və investisiyalar qoymağa davam etməyə özünü həsr edən azsaylı şirkətlərdən biridir.

"Konsis" Azərbaycanda timbildinq sektoru üzrə 1 nömrəli seçim olmaq üçün daim üzərində çalışır.

Nəyə görə "Catalyst"i seçməlisiniz?

"Catalyst Global" şirkəti dünyada innovativ timbildinq məhsullarının istehsalı üzrə lider kimi tanınır. "Catalyst" şirkətinin timbildinq fəaliyyətləri müxtəlif mükafatlara layiq görülmüşdür. Bu məhsullar dizayn və təqdimat, o cümlədən cari biznes mühitinə uyğunluq baxımından innovasiya və mükəmməlliyin sənaye standartlarını müəyyən edir.

Portfelimiz

Biz timbildinq fəaliyyətlərindən ibarət heyrətamiz portfelimiz və istənilən şəraitdə tədbirləri hər hansı situasiya, hədəf və ya qrupa uyğunlaşdırmaq qabiliyyətimizlə məşhuruq. Biz bu işi təşkilati strukturu nəzərə alaraq vaxtında və büdcə çərçivəsində həyata keçiririk.

Yüksək təqdimat standartları

Biz incəlikləri nəzər almaq qabiliyyətimiz, təqdimatımızın yüksək səviyyəsi və geniş təcrübəmiz sayəsində öz müştərilərimizə risksiz təcrübə təklif edirik. "Catalyst Group" şirkətinin bir hissəsi kimi bizim beynəlxalq səviyyədə sınaqdan keçirilmiş və "Catalyst Group" şirkətinin mükəmməllik standartlarına uyğun olaraq təqdim etdiyimiz timbildinq fəaliyyətləri və biznes təlimi oyunlarından ibarət portfelə çıxışımız var.

Bizim kazuslarımız və müştərilərin məhsullarımız haqqında müsbət rəyləri dəyərlərimiz barədə həqiqi faktları təqdim edir, timbildinq tədbirləri və eksperimental öyrənmə proqramlarının təklif edə biləcəyi faydaları nümayiş etdirir. Biz uzunmüddətli çoxmillətli müştərilərimizə və kiçik biznes subyektlərinə, o cümlədən yeni müştərilərə eyni səviyyədə xidmət təklif edirik.

Sizinlə əlaqələrimiz

Biz müştərilərimizlə əlaqə qurmağı, nümayəndələrimizi uğur qazanmağa təşviq etməyi və təşkilatınızda fərq yaratmağa kömək etməyi sevirik. Biz hesab edirik ki, timbildinq təcrübələrimiz hədəflərinizə vaxtında çatmağa şərait yaratmalı, uzunmüddətli nəticələrə malik olmalı, əyləncəli və cəlbedici olmalıdır!

Gəlin qrupunuzun tələblərinə uyğun düzgün həll yolunu seçmək üçün sizinlə əməkdaşlıq edək. Bizimlə əlaqə saxlayın.

Azərbaycanda "Catalyst Team Building" Azərbaycanın aparıcı timbildinq şirkəti olan "Konsis Group"un tam lisenziyası əsasında fəaliyyət göstərir.